FASHION


Tomat və göbələkli sous altında can əti.
Tomat və göbələkli sous altında can əti.


Ərzaqlar:
Ət – 500 qr
Pomidor – 2-3 ədəd
Soğan – 1 baş
Duz,istiyot,ədviyalar (çili,oreqano,cəfəri,timyan,reyhan,və s.zövqə görə)
Zeytun yağı
Bir az sarımsaq və ya sarımsaq pastası
Limonun yarısı
Şampinyon göbələyi- 250 qr
Sürtülmüş pendir (istənilən holland pendiri növü ola bilər) – zövq miqdarında

Bişirilmə qaydası:

Əti qiymə çəkici ilə bir az döymək və kub ya da zolaqşəkilli doğramaq lazımdır. Duzlayıb limon şirəsi çiləyin və soyuducuya qoyun.
Güvəc bişməsi üçün sousu hazırlamaq lazımdır. Pomidorlar öncə dəricikdən azad olur,bunun üçün onları qaynar suya salıb-çıxartmaq kifayətdir. Təmiz pomidorları kub şəklində doğrayıb kiçik dərin qabda tomat pastası,əzilmiş sarımsaq və ədviyalar ilə qarışdırıb sousu hazırlayın. Şampinyonlar xırda-xırda kub şəkilli doğranılır və zeytun yağında qızardılır. Soğanı istədiyiniz kimi doğrayıb göbələyə qatıb qızardın. Soğan qızılı rəng alandan sonra kiçik dərin qabda hazırlanan sousu da bura əlavə edin. 10 dəqiqə kiçik odda dəmdə saxlayın. Soyuducuda olan əti çıxardıb qısa müddət ərzində qızardın (ət qurumamalıdır!) . Qızardılmış əti formaya düzdükdən sonra dəmlənmiş sousu da üstünə əlavə edin ,qarışdırın,ətin hammısı sousla təmasda olmalıdır.
Ətin üstünə sürtülmüş pendir səpilib sobaya 20 dəqiqəlik qoyulur.
Bişdikdən sonra yeməyi təzə çerri pomidorları ilə bəzəmək olar.

Kateqoriya: Mətbəx | Baxış: 1041 | Müəllif: Ragin xanım |

Şərhlər (2)

Это Sucan Sucan ‹ Lady
dadli gorunur)))
20 iyun 2015 tarixi   #1    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
qeseng gorunur.... tongue
21 iyun 2015 tarixi   #2    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış