FASHION


Qum kimi ovulan kəsmikli piroq [Hazırlanması]
Qum kimi ovulan kəsmikli piroq [Hazırlanması]


Xəmir:
3 stəkan un
250 q marqarin və ya kərə yağı
1 ç\q soda
1 (tam dolmayan) stəkan şəkər

Kəsmikli içlik:
0.5 kq kəsmik
3 yumurta
1 stəkan şəkər
100 q kişmiş
1 ç\q vanilli sirop
Bişirilmə müddəti 1.5 saat

Qayda:
Xəmiri hazırlamağa başlamazdan əvvəl bütün ərzaqları soyuducuya qoymaq məsləhətdir. İri bişirmə taxtasına ələnmiş unu tökün. Doğranmış yağ da una qatılır.
Bəzi reseptlərdə yağ sürtgəçdə sürtülür,lakin,burada yağı un içində bıçaq ilə lap xırda hissəciklərə doğramaq məsləhətdir.
Belə bir dənəvər xəmir alınmalıdır.
Şəkər ilə soda əlavə olunduqdan sonra yaxşıca qarışdırılır. Mən yenidən bıçaq ilə etdim.
Qeyri-adi xəmiri soyuducuya qoyun.
Bu müddət ərzində içlik hazırlanmalıdır. Kəsmik yumurta və vanilli sirop ilə birlikdə çırpılır. Mən blenderdə çırpdım.
Kişmişi əlavə edib qarışdırın.
Dənəvər xəmiri soyuducudan çıxardıb böyük hissəsini tavaya sərin,üstündən sıxmaq lazım deyil. Kənar hüdudları bir qədər hündürləşdirilmiş şəkildə hamarlanır,tavanı yağlamağa ehtiyac yoxdur.
Üstünə kəsmikli içlik sərilir.
Sonda da qalıq dənəvər xəmir səpilir.
180 dərəcə qızmış sobada 40-50 dəqiqə bişirilir.
Bir az soyuduqdan sonra piroqu çıxardıb hissələrə bölün. Süd və çay ilə çox dadlıdır.


Kateqoriya: Mətbəx | Baxış: 3591 | Müəllif: Ragin xanım |

Şərhlər (3)

Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler....
29 may 2015 tarixi   #1    / 
Это Sucan Sucan ‹ Lady
Bilmirem bu nedi dadina baxmaq lazimdi
30 may 2015 tarixi   #2    / 
Это abdus abdus ‹ Lady
Men biwirdim, dadinida beyendim. Tewekurler
05 iyun 2015 tarixi   #3    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış