FASHION


11 addım uzun saçlara doğru!
11 addım uzun saçlara doğru!


11 addım uzun saçlara doğru!

1. Şampuna hər yuma zamanı bir damcı "Bey" efir yağı əlavə et.
2. Saç köklərinə gənəgərçək,adaçayı,badam yağlarını masaj şəklində yeridib ,başı polietilen sellofan ilə üstündən də dəsmal ilə bük. Hava feni ilə isti külək də tətbiq etmək olar ,bu,prosesi sürətləndirəcək. Saxlam müddəti bir minimum 1 saat,maksimum isə bir gecəlik. Şampunla yuyulur,bəzən 3 dəfə şampunlama ilə təmizlənir. Həftədə iki dəfə olmaqla heç olmazsa iki ay müddətində təkrar et.
3. Acı bibər dəmləməsini saç köklərinə çək,yağlarla da qarışdırmaq olar. Bir saatdan sonra yu.
4.Qorçitsa maskası.
5. Başın massajı. Hər axşamüstü başını heç olmazsa 5 dəqiqə massaj et. Bu baş dərisində qanın mikrosirkulyasiyasını sürətləndirəcək,saçlar daha sürətlə qidalanacaq.
6. Düzgün qidalanma rasionu qur: meyvə -tərəvəz çoxluq təşkil etsin,yağlılığı aşağı olan ət,qoz,günəbaxan tumları,süd məhsulları. Hər səhər bir x/q kətan yağı yaxud,zeytun yağı iç. Öncə bu dözülməz olsa da,bir aydan sonra vərdiş halına gələcək.
Susuzluq verən qidalardan və zərərli vərdişlərdən uzaq ol: alkoqol,kofe,siqaret,qara çay,acı,duzlu,qızardılmış xörəklər. Mümkün qədər çox vitamin qəbul etməyə çalış.
7. Bir tikə çörəyi xırdalayıb qatıqda islat. Çörək şişkinləşdikdə qarışdırıb sıyığabənzər formaya sal,baş dərisinə çək,hər zaman olduğu kimi isitmək məqsədi ilə bük,30 dəq ,1 saatdan sonra yu.
8. Gənəgərçək yağı və vitaminlərdən hazırlanmış maska.
9. Mütləq şəkildə sacların ucları kəsilməlidir. Ən azı 3 aydan bir. Bununla həm uzunluğu görə həm də saçqıranları azalda bilərsən. Yaxşı olardı ki,bu proses qaynar qayçısı olan təcrübəli ustaya həvalə edilsin. Ən əsası,saç uclarının kəsilməsi müntəzəm olmalıdır.
10. Kətan yağı maskası. Burada,kətan yağı,hamam papağı və bir qazan qaynar su lazımdır. Yağı boşqaba töküb başı qazan üstə əy,təqribən 20 saniəyə baş dərisi qızacaq,bu zaman yağı massaj hərəkətləri ilə baş dərisinə yedizdir. Yağ artıq qalıbsa saç uzunluğu boyu çək. Elə qazan üstə hamam papağını keçirt üstündən dəsmal bük,saat,saat yarım qalsın. Bü maskanı həftədə iki dəfə istifadə et.
11. Kimyəvi müdaxilələri dayandırın,bura saçları rəngləmək və uzun müddətli burdurmaq aiddir. Həmçinin istilik tətbiqi saçlara xeyli ziyan edir,fenlər,şipsi ,biqudi və s. Tam uzaqlaşa bilməsəniz ,heç olmazsa mümkün qədər azaldın!

Kateqoriya: Gözəl ol » Saça qulluq | Baxış: 2321 | Müəllif: Ragin xanım |

Şərhlər (7)

Это J.S J.S ‹ Lady
TƏŞƏKKÜRLƏR
22 noyabr 2014 tarixi   #1    / 
Это nunu888 nunu888 ‹ Lady
cox sagolun tsk
22 noyabr 2014 tarixi   #2    / 
Это prencess prencess ‹ Lady
Tesekkurler
22 noyabr 2014 tarixi   #3    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
bu mene lazim idi,tesekkurler
23 noyabr 2014 tarixi   #4    / 
Это Love conquers all Love conquers all ‹ Lady
Tesekkur. ...
23 noyabr 2014 tarixi   #5    / 
Ətir sevmirəm,heç də ehtiyac duymadım.Çünki mənə görə ən gözəl qoxu, sevdiyimə sarıldıqdan sonra üstümdə qalan qoxudu...
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
vauuuu,.tam benlik biwey )
Eyvallah admin.. )
23 noyabr 2014 tarixi   #6    / 
YawamaGcun UnuTmaG LazimDi.UnUtmaGcunse,OLMEK..
VARIS YoLcuyeV..)
Это _LADY888_ _LADY888_ ‹ Lady
bey efir yagini hardan elde etmek olar?
10 dekabr 2014 tarixi   #7    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış