FASHION


Piy əridən kokteyllər. 5 resept.

Piy əridən kokteyllər. 5 resept.

 


Artıq çəki ilə mübarizədə piyəridən kokteyllər əla vasitədir.Onlar maddələr mübadiləsini sürətləndirir,aclıq hissini kütləşdirir və orqanizmi vitamin və minerallarla təmin edir. Orqanizm köməkçiləri olan bu kokteyllərin ən yaxşı 5-liyini təqdim edirik.

 

Piy əleyhinə olan kokteylləri evdə necə hazırlamaq olar?

 

Əslində bundan asand iş yoxdur.Sizə lazım olan-düzgün ingridiyentlər və yaxşı əhval-ruhiyyədir.

 

Niyə bu içkilər "piyəridən” adlanır? Ona görə ki,onların hazırlanmasında maddələr mübadiləsini,metabalizmi sürətləndirən ərzaqlar istifadə olunur.

 

Resept 1.

Limon və nanə tərkibli yüngül kokteyl günün ideal başlanğıcı olacaq.Gümrahlaşdıracaq,enerji ilə təmin edib lazımsız santimetrlərdən uzaqlaşdıracaq.

 

Kivi-1 əd

Limon-2 dilim

Nanə-7 budaqcıq

Cəfəri-7 budaqcıq

Su-100 ml

Bal-zövq və istək miqdarında

 

  1. Kivi soyulub iri olmayan hissələrə bölünür,blenderə yerləşdirilir.
  2. Kivinin yanına limon yerləşdirilir,su,göyərti qatılır yaxçıca çırpılır.
  3. Sonda da bal.Hazırlayan kimi istifadə edin.

 

Resept 2.

Ananaslı və qreypfrutlu bu kokteyl ekzotik dadlar sevənlərin zövqünü oxşayacaq. Bu ərzaqlar balqabaq tumları ilə ahəngdə əla piy əleyhinə silahı əmələ gətirir.

 

Qreypfrut- ¼ hissə

Ananas- 4 dilim

Qatıq-250 ml

Balqabaq tumu -30 qr

Kokos yağı-30 ml.

 

  1. Qreypfrut və ananas təmizlənib doğranılıb blenderə ötürülür.
  2. Qatıq,tumlar kokos yağı əlavə edilib çırpılır.

 

Resept 3.

Əgər siz ağır rejimə imza atıb ən qısa müddət ərzində maksimum çəki itirmək istəyirsinizsə,qatıq əsaslı kokteyl əvəzolunmaz yardımçınız olacaq. Qıcqırdılmış ağartı məhsulları həzm sisteminin işini yaxşılaşdırır,ədviyyatlar isə kaloriləri qısa müddətdə əridir.

 

Qatıq-250 ml

Qırmızı istiyot-1 çimdik

Zəncəfil-0,5 ç\q

Darçın 0,5 ç\q

 

  1. İngridiyentləri qarışdırın.Blenderdə yaxşıca çırpın.
  2. Hazırlanan kimi qəbul edin,yatmazdan qabaq içmək məqsədəuyğundur.

 

Resept 4.

Pəhriz zamanı ürəyiniz şirniyyat istəyərkən bu deserti hazırlayın. O bədən quruluşuna ziyan yetirməyib əksinə,pəhrizin əla tərkib hissəsi olacaq.

 

Su-250 ml

Bal-1ç\q

Alma sirkəsi-1ç\q

Darçın-1 çubuq

 

  1. Su,bal və sirkəni birləşdirin,yaxşıca qarışdırın.
  2. Darçın əlavə edin.Bu kokteyl ideal günün başlanğıcıdır.

 

Resept 5.

Ən güclü piy silahlarından biri də kərəvizdir.Həm də,o,kokteyllərdə,smuzilərdə digər ərzaqlarla gözəl ahəngdarlıq edir,məsələn alma ilə.

 

Kərəviz göyərtisi-200 qr

Alma -2 əd

Laym-yarım laymın şirəsi sıxılır

Su-100 qr

Buz-yarım stəkan

 

  1. Kərəvizi doğrayıb blenderə töküb,soyulmuş alma və laym suyu ilə, havalı köpük qarışığı əmələ gələnə qədər çırpırıq.
  2. Suyu əlavə edib təkrar çırpırıq.Sonra xırdalanmış buzla kokteyli tamamlayırıq.Buz əvəzinə əlavə 100 qr sərin su istifadə etmək olar.

Piyəridən kokteyllər-yüngül aclığı itirmək üçün ideal seçimdir.Hansı ki,aclığı itirməkdən əlavə kaloriləri də yox edəcək.Onların xeyri də ki,öz yerində,lazımlı vitaminlərlə təmin edir,hansılar ki,pəhriz menyusunda qıtlıq təşkil edir.Bu reseptlərin köməyi ilə ,evdə problemsiz olaraq piy əridən kokteylləri hazırlaya bilərsiniz.

 

Nuş olsun!


Kateqoriya: Sağlam ol | Baxış: 5293 | Müəllif: Ragin xanım |

Şərhlər (9)

Это arzu əliyeva arzu əliyeva ‹ Lady
Xeyirli ve dogurdanda diyata kokteylerdi
30 avqust 2014 tarixi   #1    / 
Это sevdanurane sevdanurane ‹ Lady
Bu kokteyler deqiq ariqladir? Nece hefteye?
30 avqust 2014 tarixi   #2    / 
Yinede inanmam sonsuz aska gelib gecer sevda dedikleri))
Это İsabella Marie İsabella Marie ‹ Lady
xebere gore twkler
30 avqust 2014 tarixi   #3    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler..
30 avqust 2014 tarixi   #4    / 
Это MISSNURKA MISSNURKA ‹ Lady
5 ci yaxşi görünür
30 avqust 2014 tarixi   #5    / 
Ətrafimda aktyorlar çoxdu amma rejissor mənəm xəbərləri yoxdu...
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
Xowum geLDiii.TwkLeeeR..)
30 avqust 2014 tarixi   #6    / 
G
Это pembeyildiz pembeyildiz ‹ Lady
maraqlidi.duzeldecem.tewekkur
30 avqust 2014 tarixi   #7    / 
Это Nurka_wirinka Nurka_wirinka ‹ Lady
Əllərinizə sağlıq çox bəyəndim
31 avqust 2014 tarixi   #8    / 
Это Emily Jackson Emily Jackson ‹ Fashion Lady
Sevdanurane xanım,neçə həftəyə arıqlatdığını deyə bilmərik,çünki,bu sizin pəhrizin effektivliyindən və orqanizmin arıqlama sürətindən asılıdır.
31 avqust 2014 tarixi   #9    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış