FASHION


Erkən oyanmağın 12 üsulu.

Erkən oyanmağın 12 üsulu.

 


 

Bəzən biz,istəyimizdən asılı olmayaraq vaxtında yata bilmirik.Hər səhər sanki bitişmiş gözlərlə iş və qayğılarımızın dalınca qaçıb ,bu dəfə tezdən yatıb yuxunu alacağımızı özümüzə vəd edirik. Növbəti gün isə eyni mənzərə ,bununla necə mübarizə aparmalı?

  1. Səhər erkəndən oyanmaq üçün səbəbinizi tapın.Bu universal bir səbəb ola bilər. Əgər siz gün çıxanda qalxb,gün batandan az sonra yatsanız,bu yolla günəş tsiklini "təkrar edib” maksimum enerji ilə yüklənir ,hər zaman gumrah və pozitiv olursunuz.
  2. Hər gün eyni vaxtda yatıb-oyanmağa çalışın. Hətta həftəsonu belə. Yuxu üçün dəqiq vaxt təyin edin. Tam dincəlməyiniz üçün saat neçədə yatmalı olduğunuzu müəyyənləşdirin.Çalışın cədvələ uyğun ,eyni vaxtda dincəlib oyanın.Əmin olun: həftəsonları səhər saat 5-də yatmağa gedirsinizsə,qrafikiniz pozulacaq və növbəti həftə ərzində hər gün 07:00-da oyanmaq dözülməz olacaq.
  3. Saysız hesabsız budilnikləri unudun. Sadəcə birini lazımlı vaxta qoyun vəssəlam (səhər 6-7) .Budilnikin səsi eşidilən kimi qalxmaq. Onun səsini eşidən kimi,nə hiss etdiyinizi xatırlayın və gələn dəfə "bir az da " internetdə oturmaq istəyəndə ,düşünün,bu, səhərin ağır başı,qızarmış gözləri,qarışıq fikirləri,və yeganə arzu olan "yatmaq” kimi amillərə dəyər mi? Doğurdan da monitor qabağında keçən əlavə bir saat sizə yaxşı əhval-ruhiyyədən və özünüzü yaxşı hiss etməkdən daha çox zövq verir?
  4. Yataq otağınızı istirahət üçün xoş olan bir otağa çevirin. Divar kağızından başlamış yataq dəstinə qədər. Daha yaxşı olar ki,yatağınızı otağın elə hissəsində yerləşdirəsiniz ki,səhər günəş şüaları düz gözünüzə düşsün. Onda siz ,istəsəniz də çox yata bilməyəcəksiniz.
  5. Əgər yuxulu olduğunuzu hiss etsəz,gözləməyin.Bunu axşam saat 10-da duyarsınızsa,və heç bir işiniz qalmayıbsa,saat 11-12 olmasını gözləməyin,həmən yatağa girin,əks-təqdirdə momenti qaçırıb yuxunuzu poza bilərsiniz.
  6. Düzgün yatan paltar. O,rahat olmalı və sizə diskomfort yaşatmamalıdır. Səhərəyaxın qulağa qədər gəlib çıxan gecə paltarları möhkəm yuxu almanıza maneə olacaq. Şəraitiniz imkan verdikcə çılpaq yatın.
  7. Xoşbəxt fikirlərlə yuxuya gedin. İmtahan hazırlıqlarını və layihə təqdimatının məşqini ağlınızdan belə keçirməyin. Yuxu almanıza heçolmasa bir saat qalmış internet və televizordan uzağ olun.İnternet kimi televiziya da hiss və emosiyaları stimulə edərək insana oyandırıcı təsir göstərir. Biz ekranda göstərilənə reaksiya veririk.Hətta adi email qutusunu yoxlamaq yuxuya ziyan edə bilər,çünki ,yatağa uzandıqda mesajları düşünəcəksiniz ,beyniniz onları analiz etməklə məşğul olub uzun müddət aktiv qalacaq və siz istirahət edə bilməyəcəksiniz.
  8. Yatmazdan əvvəl vanna qəbul edin. Lavanda yağı əlavə etsəz istirahətinizə çox kömək olacaq. Uşaqlar üçün sakitləşdirici otlardan dəmləmə hazırlayıb suya əlavə etmək olar. Xüsusi ağır günlərdə belə vanna özünüzə də yarıyacaq. Yatmağa bir neçə saat qalmış kofe içməyin,yoxsa səhər boyu ayılmaq üçün onu içməli olacaqsınız.
  9. Bütün işıq mənbələrini söndürün.Ən yaxşısı tam qaranlıqda yatın.Gecə lampası işlək qalsa orqanizm tam boşalmayıb sanki startda qalırmış kimi olacaq. Belə şəraitdə ideal yuxudan söhbət belə gedə bilməz.
  10. Budilnik üçün düzgün melodiya tapın. Bu,çox da sakit olmayan musiqi olmalıdır. Hədsiz kəskin və yüksək musiqi də seçməyin. Bununla yanaşı budilniki uzağda qoyun ki,söndürmək üçün durub yerimək lazım olsun.Həmçinin,budilnikə sevimli mahnınızı qoysanız,onunla vidalaşa bilərsiniz. Ona görə də düşünün.
  11. Səhər qalxmaq üçün rahat geyim. Bu xalat,şəpit və ya isti heyvan şəkilli corablar ola bilər (bu qışda yatağdan ayrılmaq mümkün olmayan zaman çox aktualdır).
  12. Özünüzü gumrah hala gətirin. Sevimli ifaçının mahnısı-səhər işə getməzdən əvvəl dinləniləcək ən yaxşı saundtrekdir. Üstəgəl çay,kofe yaxud da sevimli freş –yaxşı günün və xoş əhalın zaminidir.

Kateqoriya: Sağlam ol | Baxış: 3542 | Müəllif: Ragin xanım |

Şərhlər (8)

Это Xeyale C-va Xeyale C-va ‹ Lady
tenbellik vare:)))))
25 avqust 2014 tarixi   #1    / 
Sevdiyim biri var.O gulende men sizlere omur :) ♥
Это MISSNURKA MISSNURKA ‹ Lady
Offf dərslər başlayır kefdən danişirsiz gün batanda sonra yatmaq olar o qədər dərs ola ola indidən gözümə dürür
25 avqust 2014 tarixi   #2    / 
Ətrafimda aktyorlar çoxdu amma rejissor mənəm xəbərləri yoxdu...
Это Ahu 05 Ahu 05 ‹ Lady
men tez oyananam...
25 avqust 2014 tarixi   #3    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
Mecun frqi yoxdu dersim olmuyanda isdedim qede yatiram)
25 avqust 2014 tarixi   #4    / 
G
Это sevdanurane sevdanurane ‹ Lady
Meni oyandirmasan oyanmaram:))
25 avqust 2014 tarixi   #5    / 
Yinede inanmam sonsuz aska gelib gecer sevda dedikleri))
Это prencess prencess ‹ Lady
Tesekkurler
25 avqust 2014 tarixi   #6    / 
Это Rapunzeell Rapunzeell ‹ Lady
men yuxum hacan gelir yatiram,11-12ni gozlemirem..)
01 sentyabr 2014 tarixi   #7    / 
Это jasisica jasisica ‹ Qonaq
You will be with Online enterprise, regular small business, or maybe you will be a local business having one hundred and fifty staff members; regardless of what, even so or maybe whatever--you've had got to realize how to keep small business living while in economical recessions. ussmallbusiness

Establishments take place due to people contact. Societal establishments (spouse and children, group for example. )#) transform patterns throughout the strategy of people progress. Sometimes television, there seemed to be this advancement connected with set managing along with the resultant small business establishments. businessorganisers

Effective businesses are designed with stable thoughts without a doubt. Even so, as a way to keep good in addition to hurtful decrease in dollars, time and energy using a small business strategy, enterprisers need to ensure most of these thoughts usually are stable plenty of to provide the required small business achievements. successionbusiness
03 sentyabr 2015 tarixi   #8    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış