FASHION


Boşanmış kişi evil cütlüklər üçün 20 epik məsləhət yazıb qoymuşdur.Mütləq oxuyun!
Boşanmış kişi evil cütlüklər üçün 20 epik məsləhət yazıb qoymuşdur.Mütləq oxuyun!


Boşanmış kişi evil cütlüklər üçün 20 epik məsləhət yazıb qoymuşdur.Mütləq oxuyun! İnternet şəbəkəsində bir müddət əvvəl boşanmış Cerald Rocersin qeydləri yayılmışdır,hansında ki,o,yol verdiyi 20 səvh haqqında səmimi danışıb. İndi,o hesab edir ki,ailədaxili münasibətlər çətinləşib dolaşsa da,onlar uğrunda mübarizə aparmağa dəyər.
“Məlum məsələdir ki,mən qarşılıqlı münasibətlər eksperti deyiləm,lakin,boşanma ərəfəsində müəyyən təcrübə qazanmışam. Və bu məni düşünməyə vadar etdi,görəsən ikinci şansım olsaydı hansı məqamda fərqli hərəkət edərdim. Mən birlikdə 16 ilə yaxın birlikdə yaşadığım qadını itirdim ,bu səhvi təkrarlamağınızı heç istəmirəm...” deyir.

1. Heç vaxt onun qayğısına qalmağı dayandırmayın. Heç zaman onu tanımağı dayandırmayın. Səhvim ondan ibarətdir ki,qadınımı sanki ,belə də olmalıymış kimi qəbul edirdim. Ona evlilik təklifi edərkən,çox guman ki,hər zaman onun qəlbini qazanmağı özünüzə vəd etmişdiniz. Lakin,illərlə bu vədlər unudulur.
Həyat yoldaşınız ən vacib və müqəddəs xəzinənizdir. ONU MƏHZ ÖZÜNÜZ SEÇMİSİNİZ. Sevginizi hər zaman möhkəmlətməyə tənbəllik etməyin.

2. Qəlbinizi müdafiə edin. Siz təkcə onun yox ,həm də öz qəlbinizin müdafiəçisi olmalısınız. Diqqətcil olmağınızla ürəyinizi başqa qadınlardan qoruyun. Özünüzü sevin və xırda-xuruşa vaxt sərf etməyin. Ürəyinizin hüquqi varisi yalnız həyat yoldaşınız olmalıdır.

3. Ona aşiq olun. Yenə,yenə və yenə. Siz daima dəyişilirsiniz. Artıq evlilik ərəfəsində olan adam deyilsiniz,fərqli birisiniz. Beş ildən sonra dab u günkü adam olmayacaqsınız. Dəyişkənlik daimi bir şeydir,buna görə də şüurlu şəkildə birgə həyatınızı özünüz seçməlisiniz. Mübarizə aparın,onun sevgisini qazanmağa çalışın,onunla tanışlığınızın ilk həftələrində olduğu kimi.

4. Onda hər zaman gözəllik axtarın.
Diqqətinizi onda olan sevimli bir cəhətə cəmləyin,sizi qıcıqlandıran bir şeydə yox. Yalnız bu zaman ona qarşı olan məhəbbətiniz böyüməyə başlayacaq. Tamami ilə sevimli,tamami ilə xoşbəxt olduğunuz xatirələrə qayıdın,axı siz məhz onu səbəbsiz yerə seçməmisiniz!

5. Onu dəyişdirməyə çalışmayın. Bu sizing vəzifəniz deyil. Sizin vəzifəniz sadəcə onu sevməkdir. Onun şəxsiyyət parametrlərini öz istəklərinizə uyğun dəyişdirməyə çalışmayın. Onu sındırmayın. Bu zaman o özü elə dəyişiləcək ki,özünüzdən asılı olmayaraq onu daha çox sevəcəksiniz.
6. Bütün məsuliyyəti öz üzərinizə götürün.
Emosiyalarınızın məsuliyyətlisiz özünüz olun. Şəxsi xoşbəytliyiniz onun qayğısı deyildir. Özünüz bunu istəmədikcə,o sizi xoşbəxt edə bilməyəcək. Siz bütün ailə üzvlərinin xoşbəxtliyi üçün məsuliyyət daşımırsınız,lakin,özünüz xoşbxt olduqca onların xoşbəxtliyi təmin olunacaq.

7. Heç zaman hirsləndiyinizə görə onu günahlandırmayın.
Kefiniz yoxdursa və ya həyat yoldaşınıza əsəbisinizsə ,bu yalnız sizing emosiyalarınız,sizing seçimnizdir. Öz emosiyalarınız-öz məsuliyyətinizdir.
Sizin qadın,uşaqlıq travmalarınızı müalicə etməyə borclu və öhtəli deyil. Lazım gələrsə fasilə götürün,bir müddət tək qalın ,fakir və düşüncələrinizi səliqəyə salın. Emosional mənzərənizi stabilləşdirən kimi,ailə münasibətlərinin qaydaya düşdüyünü görəcəksiniz.

8. Yoldaşınıza sadəcə yaşamağa imkan verin. Onun əhvalı olmayanda ,hətta,hədsiz kədərli olduqda belə həmən vəziyyəti düzəltməyə cəhd etməyin. Onun pozitiv köklənməsi sizing işiniz deyil. Sadəcə izah edin ki,vaxtaşırı hirslənmək,əsəbiləşmək,üzülmək təbii haldır.
Qadınların təbiəti belədir ki,bütün ətraf –aləmi hədsiz emosional şəkildə qəbul edirlər. Bu belədir ,belə də olacaq. Lakin,imkan verin ki,hər zaman sizə güvənə biləcəyini anlasın. Onun hirsi soyuduqdan sonra sizin güclü iradəli kişi olduğunuzu anlayacaq. Sizə etibar etməyin gözəl olduğunu anlayacaq. Axı siz hər onun ağladığı momentdə evdən qaçmırsınız.Onu əmin edin ki,emosional vəziyyətindən asılı olmayaraq hər zaman yanında olacaqsınız,onun üz-üzə dayandığı bütün çətinliklərə baxmayaraq.

9. Bir az “axmaq” olun.
Özünüzü həddən ziyadə ciddi mühakimə etməyin. Ən yaxşısı ,tez-tez gülün və onu da güldürün. Gülüş-həyatı sadələşdirir.

10. Hər gün onun ruhuna toxunun! Özünü sevilən hiss etməsi üçün əlinizdən gələni edin. Lazım gəlsə,onun özünü həyatda təminolunmuş hiss etməsi üçün lazım olan 10 şeyin siyahısını tərtib edin. O siyahı prioitetiniz olsun. Özünü hər gün şahzadə kimi hiss etməsi üçün nələrsə etməyə çalışın.

11. Sadəcə var olun.
Onun həyatına diqqətlə yanaşın. O sizə nəyi isə anladanda dinləyin.Axşamçağılar bacardıqca ünsiyyətdə olun. Ona ən qiymətli müştəri kimi yanaşın,sizing ən qiymətli müştəriniz məhz odur.

12. Onun cazibədarlığını qəbul edin,cinsi əlaqəyə sadəcə stress atmaq üçün vasitə kimi yanaşmayın. Bu onun ruhunun ən dərin mərhələsinə qərq olmaq üçün fürsətdir. Onun zərifliyində həll olun. Qoy o əmin olsun ki,sizə həm həyatda ,həm də yataqda 100% etibar edə bilər.

13. Səfeh olmayın.
Səfeh olmayın,amma eyni zamanda bəzən özünüzü səfehliyə vurun. Siz səhvə yol verə bilərsiniz,o da səvh edə bilər,bunu etiraf edəcək qədər cəsarətiniz olmalıdır ki,daha böyük səvhə yol verməyəsiniz. Siz mükəmməl olmağa məcbur deyilsiniz.

14. Ona şəxsi boşluq verin,azad vaxt verin. Ona rəfiqələrlə görüşməyə ,bir hobbi ilə məşğul olmağa icazə verin. Ona ruhunu qidalandırmağa,enerji ilə doldurmağa imkan verin. Periodik olaraq uşaqlarla özünüz qalın. Ona istirahət etmək üçün,fikrini yayındırmaq üçün şərait yaradın. Onun istirahətə olan ehtiyacı sizinkindən az deyildir.

15. Bir növ savunmasız olun.
Onunla hissləri və qorxularınızı bölüşməyə hazır olun. Səvhlərinizi etiraf edin,üzr istəyin.

16. Aranızda inamın olmağını istəyirsinizsə tamami ilə dürüst olun. Onunla heç zaman heçkimlə paylaşa bilmədiyiniz sirrləri bölüşün. Buna hər adamın kişiliyi çatmaz. Yalnız bütün qəlbinizi ona açdıqdan sonra həqiqi məhəbbət bağları yarada bilərsiniz. İstədiyiniz müddət ərzində maska arxasında gizlənə bilərsiniz,lakin ,evə gələrkən onu çıxardın.

17. Birlikdə böyüməyi dayandırmayın. Durğun gol-malyariya zəminidir,dayanmadan axan çay isə hər zaman sərin və təravətlidir. Atrofiya-məşq etməyən əzələlər üçün təbii prosessdir.
Sizin münasibətlərdə də məhz bu baş verir. Siz onların üzərində işləmədikcə onlar zəyifləyir və yoxa çıxır. Ümumi məqsədlər və xəyallar tapın. Bu zəmində ümumi planlar qurun və onları reallaşdırmaq üçün qarşılıqlı fəaliyyətdə olun.

18. Pul barəsində narahat olmayın. Pul – bir komanda kimi idarə edilməsi gərəkən bir resursdur.Onları qorxa-qorxa istifadə etdikdə kömək etmirlər. Partnyorunuza etibar etməyi öyrənin. Unutmayın ki,həyat yoldaşından pul gizlətmək gülüncdür.

19. Unudun. Tez bağışlamağı bacarın və köhnə kinləri xatırlamayın. Fikrinizi gələcəyə yönəldin və keçmişin planlarınıza qarışmasına imkan verməyin. Keçmiş əhvalatların girovu olmayın. Səvhlərinizi yadda saxlaya bilərsiniz,amma,yalnız və yalnız nəticə çıxardıb,ibrət götürmək üçün.
Keçmişin səvhləri evliliyiniz üçün ağır daş olub sizi aşağı darta bilər,digər tərəfdən bağışlamaq yüngülləşdirir.

20. Hər zaman SEVGİni seçin,bu yeganə tövsiyyə ola bilər. Onu həyatınızın əsas prinsipi kimi istifadə edin. Bu prinsipə görə hər şeyi dəyişdirmək olar. Seçiminiz sevgi olarsa,xoşbəxtliyinizi heç bir şey təhlükə altına ata bilməyəcək. Sevgi hər zaman tab gətirir və hər şeyə dözür.
Evlilik-uzun və xoşbəxt yaşam demək deyildir. Bu bir vəzifədir. Bu hər zaman münasibətlərə investisiya etməkdir. Yalnız bu yolla zaman sınaqından keçmək olar. Münasibətlər üzərində işləyin,xoşbəxtlik gələcək.
Evlilik bir həyatdır,qalxış və enişə tab gətirməyə qabildir. Bütün mərhələlərdən nələri isə öyrənməyə çalışın. Bir-birinizi sevməyi öyrənin,bu sizə güc və perspektiv verəcək. Böyük bir binanı o zaman uzun müddət bütöv saxlamaq olur ki,hər kiçik çatını düzəldəsən.
Bu çox gec və qurban verməklə dərk etdiyim,bir dərsdir.
Yoldaşınız üçün öyünməməsi mümkün olmayan bir ər olaraq qalın.

Kateqoriya: Müzakirələr | Baxış: 2072 | Müəllif: Ragin xanım |

Şərhlər (5)

Это DADASOVA AMINA DADASOVA AMINA ‹ Lady
GULUS HEYATI SADELESDIRIR cox xosum geldi.
29 aprel 2015 tarixi   #1    / 
Это by_aysa by_aysa ‹ Qonaq
allah uzaq elesin bele seyleri ama bosanmislar ucun faydali melumatdi
30 aprel 2015 tarixi   #2    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
Allah uzaq eelsin
30 aprel 2015 tarixi   #3    / 
Это Sucan Sucan ‹ Lady
Allah uzaq elesin xeber ucun tskler.
04 may 2015 tarixi   #4    / 
Это rekus rekus ‹ Qonaq
Dedikleri herfi herfiyen duzdur. Ancaq bir sey ucun hefslenirem. Bunlari vaxtinda derk edib oz heyatina tetbiq etse idi, indi pesiman olmazdi ve heyat yoldasini itirmezdi.
05 iyun 2015 tarixi   #5    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış