FASHION


İşləmək arzusunu gücləndirmək haqqında ən yaxşı məqalə.
İşləmək arzusunu gücləndirmək haqqında ən yaxşı məqalə.


- Dünyanın bir küncündə kiçik bir dükan yerləşir. Onun iri və əlvan hərifli giriş yazıları yox idi,o yazı yazılmış plakatı çoxdan qasırğa uçurtmuşdu. Yenisini isə mağaza sahibi qurmadı,çünki,hər bir yerli sakin bilirdi ki,bu dükan arzuların satıldığı dükandır.
Dükanın seçim çeşidi çox geniş idi,burda demək olar ki ,hər şey almaq mümkün idi: nəhəng yaxtalar,evlər,evlilik,vəzifə,pul,övlad,sevimli iş,gözəl bədən quruluşu,müsabiqə qalibiyyəti,iri maşınlar,hakimiyyət,uğur və s. Yalnız və yalnız həyat və ölüm satılmırdı,bu işə baş ofis baxırdı,o da ki,ayrı qalaktikada yerləşirdi.
Hər bir dükana gələn adam (amma elə istəyənlər var ki,dükana bircə dəfə də girməmişdi,sadəcə evdə oturub arzulamağı seçmişdi) ilk növbədə arzusunun qiymətini öyrənmək istəyirdi.
Qiymətlər müxtəlif idi. Məsələn,sevimli işin qiyməti stabillikdən məlumluluğdan imtinanın,müstəqil olaraq öz həyatını planlamağın və strukturlamağın ,öz gücünə inanmağın və özünə harada lazımdır yox,harada xoşdursa,orada işləməyin bahasına başa gəlirdi.
Hakimiyyət bir az baha idi: bəzi əminliklərindən vaz keçmək lazım idi,hər şeyə rasional aydınlıq gətirməyi bacarmaq ,başqalarına yox deməyi bacarmaq,öz dəyərini bilmək,(və həqiqətən də yüksək dəyərli olmaq) ,özünə “MƏN” deməyi bacarmaq,başqalarının bunu necə qarşılayacağından asılı olmayaraq özünü iddialı şəkildə təqdim etmək lazım idi.
Bəzi qiymətlər adama qəribə gəlirdi- evliliyi demək olar ki,heç neçəyə əldə etmək olurdu,amma ,xoşbəxt həyat bahalı idi: şəxsi xoşbəxtliyinə görə personal məsuliyyət daşımaq,həyatdan zövq almağı bacarmaq,nə istədiyini bilmək,başqaları ilə eyni axında üzməkdən əl çəkmək,əlində olduqlarının dəyərini anlamaq,özünə xoşbəxt olmağı icazə vermək,şəxsi dəyərin və əhəmiyyətin fərqinə varmaq,qurban tələb edən bonuslardan imtina etmək,bəzi dost-tanışlarını itirmək riskini nəzərə almaq.
Hər dükana girən adam arzunu almağa hazır deyildi.Bəziləri qiyməti görər-görməz məyus olub gedirdi. Digərləri uzun uzadı fikirə dalırdı,məbləğin nağdını sayıb,və qalan məbləği hardan tapa biləcəkləri barədəd düşünə-düşünə. Kimsə qiymətlərin çöx baha olduğundan gileylənirdi,endirim haqda danışıqlar aparmağa cəhd edirdi.
Elə insanlar da var idi ki,bütün toplayıb-yığdığını çıxardır və xəyal etdiyi arzusunu əldə edirdi,onu yaraşıqlı şırıldayan kağıza bükürdü. Mağazanın digər alıcıları bu xoşbəxtlərə qibtə ilə baxardılar,beyinlərindən paxılcasına “yəqin mağaza sahibi ilə tanışlığı var ,arzunu asanlıqla əldə ediblər” düşünürdülər.
Mağaza sahibinə tez-tez təklif edirdilər ki,qiymətləri endirsin,bununla da müştəri bolluğu yaratsın. Lakin o hər dəfə imtina edirdi,belə ki,arzuların keyfiyyəti də aşağı düşə bilərdi.
Mağaza sahibindən onun iflasa uğramaqdan qorxusu olub-olmadığını soruşduqda o gülümsəyirdi. Əminliklə başını yellədib deyirdi ki,hər zaman cəsarətli kəslər az da olsa tapılacaq,o kəslər ki,risk etməyə və həyatını dəyişdirməyə hazırdır,öyrəşdiyi adi və monoton həyatdan imtina etməyə qabil olan,özünə inanan,bir sözlə -arzusunun bahasını ödəməyi bacaran şəxslər hər zaman olacaq.
Dükanın qapısında isəbir neçə yüzillikdir ki,bir elan asılıb: “Əgər sənin arzun həyata keçmirsə,deməli onun dəyəri ödənilməyib”

Kateqoriya: Müzakirələr | Baxış: 1744 | Müəllif: Ragin xanım |

Şərhlər (9)

Это svgi svgi ‹ Lady
oxumadim ama yenede twk winked
18 fevral 2015 tarixi   #1    / 
Это Ayka Qasimzade Ayka Qasimzade ‹ Lady
qizlar mence oxumalisiz coox maraqli duwundurucu hekayedir ama esas anlamaq lazimdir tewekkurlerrr
18 fevral 2015 tarixi   #2    / 
Это GREAT EXPECTATIONS GREAT EXPECTATIONS ‹ Sharm Lady
maraqlidir
19 fevral 2015 tarixi   #3    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
dogurdan Da maraGLiDi.
19 fevral 2015 tarixi   #4    / 
G
Это svgi svgi ‹ Lady
hmmmm twk wink maraqlidi
19 fevral 2015 tarixi   #5    / 
Это banditka banditka ‹ Lady
Qismetden bawqasi yalandir.
19 fevral 2015 tarixi   #6    / 
Это svgi svgi ‹ Lady
Sitat: banditka
Qismetden bawqasi yalandir.

men qismete inanmiram qismet insanin oz elindedi mence winked
19 fevral 2015 tarixi   #7    / 
Это impossible444 impossible444 ‹ Lady
Oxudummm...suppaa bi wey ))
19 fevral 2015 tarixi   #8    / 
I DON`T DO FASHION, I`M FASHION...
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler.....
20 fevral 2015 tarixi   #9    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış