FASHION


Hollivudun seçilən stilistlərindən top-10 məsləhət.
Hollivudun seçilən stilistlərindən top-10 məsləhət.


Hollivudun seçilən stilistlərindən top-10 məsləhət.


№1. Yalnız strateji nahiyələri çılpaq saxlayın
Əsl cazibədarlığı nümayiş etdirmək və eyni zamanda vulqar görünməmək üçün dəqiq anlamaq lazımdır ki,hansı nahiyə çılpaq ,hansı isə örtülü qalmalıdır. Əks təqdirdə “bədnam sirr”li effekt yarada bilməyəcəksiniz. “Bir,yalnız və yalnız (!) bir nahiyəni seçib ətrafdakılara nümayiş edin” - deyə Ancelina Coli və Cenn Fişerin stilisti olan Cen Rayd məsləhət görür. Əgər çiyini nümayiş etmək fikrinə gəlmisinizsə,dizdən aşağı uzunluqda don seçin. Yox,əgər ki,ayaqları və ya tək ayağı açmaq istəsəniz,dərin dekolte barəsində unudun.

№2. Şalvarı seçərkən onun uzunluğunu da düzgün seçin
Stilist Keti Yanq deyir : “ Qadınların yol verdiyi ən böyük səhvlərdən biri – şalvarın seçilmiş ayaqqabıya müvafiq olan uzunluqda olmamasıdır” . Onun sözlərinə görə,standart şalvar balağının ucları ilə döşəmə arasında olan məsafə ,seçilən ayaqqabının babet və ya dikdaban olmasından asılı olmayaraq ,1.3 - 1.5 sm olmalıdır.

№3. Əlləri azad saxlayın
“Furşet təklif edən partiyə və ya iclasa gedərkən ,seçiminizi klatçda deyil,şık, zəncir tutacaqlı ,çox da iri olmayan gecə çantasında saxlayın”,- deyə Britaniyalı stilist Şer Kulter xanımlara müraciət edir.Bu əşya sizin obrazı tamamlamaqdan əlavə,əllərinizi azad saxlamağı təmin edəcək,və siz problemsiz olaraq əlinizdə şərab badəsini tuta bilərsiniz.

№4. Bədən quruluşunuzu düzgün şəkildə təqdim edin
“Hansı siluetlərin sizin fiquranı daha yaxşı vurğuladığını öyrənən kimi,amansızcasına ,fiquranıza uymayan trendləri kənarlaşdırın”, - dizayner Şoşana Qruss tövsiyyə edir.
“Məsələn,alçaq boyunuz və toppuş formalarınız varsa ,düz maksi-ətəklər və 20-ci illərin stilində olan donlar sizlik deyil. Dəqiq vurğulanmış taliyalı və orta uzunluqlu donlar sizin əyninizdə daha sərfəli görünəcək.

№5. Frak – həftə sonu üçün yaxşı variantdır. “ Zolaqlı geyimlər həftə sonlarında yaxşı görünmək üçün qüsursuz klassik üsuldur” – Tina Çai. Ağ,yaxalıqsız köynəkdə qırmızı və ya tünd mavi zolaqlar ,bu geyim universal ,eyni zamanda dəblidir.

№6. Heç vaxtı darıxdırıcı palto almayın. “ Üst geyim qalıq prinsipinə əsaslanıb seçilməməlidir”, Cenn Yanq belə hesab edir. O , Holmes & Yang dəb evinin dizayner-partnyorudur. “ Axı bir çoxları sizi yalnız paltoda görür,hətta ,siz paltonun altında inanılmaz dəbdəbəli geyim gizlətsəniz belə,çoxları bunu bilməyəcək.

№7. Əlvan rənglərin qorxusuna qalib gəlin
Durnanı gözündən vurmaq üçün neytral bir rəngi ,məsələn kətan rənginin pastel çaları ilə cəsarətli bir rəngi- əlvan sarını kombin edin. Lakin! “ Əlvan və dolğun rəngləri qara ilə kombin edərkən iki dəfə düşünün,belə ki,bu növ kombində əlvanlıq itir ,və əsas rəngin çaları solğun görünür” . Kris Bens məsləhət görür.
Dizayner ,başlanğıcda əlvan rəngləri qarderoba az-az əlavə etməyi tövsiyyə edir. Bu zaman ən çox bəyəndiyiniz çalarları istifadə edə bilərsiniz,evinizin dekorunda işlənən rənglərdən biri də ola bilər.

№8. İri olmayan məbləğə dəyən dəbli aksessuarlar alın
Stilist İzabella Düpre deyir : “Qəşəng ayaqqabı,dəbli bijuteriya istənilən ,hətta ən sadə və gözə gəlməyən paltarları belə möhtəşəm qələmə verə bilər,sadə cins və ağ maykanı belə” .Düpre həmçinin qeyd edir ki,qarderobunuzda çoxlu xırda dəbli əşyalar varsa,bütöv və tamamlanmış obraz barəsində narahat olmaya bilərsiniz.

№9. Mismar-sırqalar taxın
“İri və ya xırda,qiymətli təbii qaşlı və ya ucuz ,önəmli deyil. Mismar-sırqalar istənilən rəngə,biçimə,parça fakturasına ,əlbisə tərzinə uyğunlaşır,və heç bir başqa zinət əşyası onun rəqibi ola bilməz!” –deyərək stilist Rob Zanqardi təcrübəsini bölüşür. O əsasən Reyçel Mak Adams ilə çalışır.

№10. Dəri rənginə uyğun ayaqqabı seçin
“Ayaqları vizual olaraq uzatmaq üçün ,ayaqqabını dərinizin və ya corabınızın rəngi ilə tam eyni çalarda seçin” – deyərək Hollivudun ən məşhur stilisti olan Reyçel Zoui dəb sirrlərini aşkarlayır.Ayaqqabı dabanlı və ya tangetka ola bilər. Yadda saxlayın ki,indi dəbdə olan iti burunlu ayaqqabılar pəncəni vizual olaraq uzadır.

Kateqoriya: Müzakirələr | Baxış: 2972 | Müəllif: Ragin xanım |

Şərhlər (7)

Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler....
04 fevral 2015 tarixi   #1    / 
Это Ayka Qasimzade Ayka Qasimzade ‹ Lady
maraqli idi twkler
04 fevral 2015 tarixi   #2    / 
Это ulviyyye ulviyyye ‹ Lady
tesekkurlerrrrrrrr
04 fevral 2015 tarixi   #3    / 
heyatimda oldugun ucun cox xosbextemm..E
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
duzun dicem,sebrim catmadi oxumaga,atiram secilmiwdere.)
04 fevral 2015 tarixi   #4    / 
G
Это nice_gril nice_gril ‹ Lady
Sitat: Gamze Ozcelik
duzun dicem,sebrim catmadi oxumaga,atiram secilmiwdere.)

aynen, axot yoxdu yaddasa yazdim, oxuyaram, thanks
04 fevral 2015 tarixi   #5    / 
Qadin elə bir mövzudurki, onu nə qədər araşdırırsan araşdır, hər vaxt yenidir.
Это svgi svgi ‹ Lady
Sitat: nice_gril
Sitat: Gamze Ozcelik
duzun dicem,sebrim catmadi oxumaga,atiram secilmiwdere.)

aynen, axot yoxdu yaddasa yazdim, oxuyaram, thanks

aynen qizlar menimde oxumaga sebrim catmadi fellow
04 fevral 2015 tarixi   #6    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
indi oxydum qizdar )))//)/
12 fevral 2015 tarixi   #7    / 
G

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış