FASHION


Hər bir qızın bilməsi gərəkən 13 byuti-qayda!
Hər bir qızın bilməsi gərəkən 13 byuti-qayda!


1. Çəhrayı pomada seçərkən dodaqlara üç fərqli çalarda olan boyaların hər birindən bir şaquli xətt çəkin. Damağ rənginə ən çox uyğun gələn çaları alın.
2. Qırmızı pomada alarkən iki əsas məqama diqqət edin. Birinci dəri tonudur. Dəriniz isti çalarlıdırsa ,narıncı alt –tonda olan qırmızı pomada alın,soyuq çalarlı dəri rənglərinə isə çəhrayı parıltısı olan al rəng yaraşır. Neytral qırmızı isə demək olar ki,hər kəsə uyğun gəlir. İkinci diqqət tələb edən nyuans-pomada dişlərin rəngini vizual olaraq ağartmalıdır,saraltmamalı.
3.Dəri tonunuzun isti və ya soyuq olduğunu anlamaq üçün biləyinizə baxın. Mavi və ya bənövşəyi damarlar görünürsə,soyuq tondur. Qəhvəyi rəngə çalırsa isti .
4.Adətən ekspertlər bir ağızdan idman zalında kosmetikadan imtina etməyi tövsiyyə edir. Lakin, “çılpaq” üz ilə özünüzü komfort hiss eləməyib,müxtəlif idman hərəkətləri yerinə yetirmək əvəzinə hər bir dəqiqədən bir güzgüyə baxırsınızsa ,bir az tuş,vurğulanmış qaşlar və konsiler sizə maneə törətməz. Tonal əsas ilə pudranı birdəfəlik beyindən silin. Onlar tər ilə qarışaraq məsamələri doldurub qapayır.
5.Qırışlı nahiyələrə parıltılı kosmetika tətbiq etməyin. Bu zaman qırışlar daha da gözəçarpan olacaq.
6. Tuşun köməyi ilə gözlərin formasını vurğulayıb dəqiqləşdirmək mümkündür. Gözləri nisbətən yumru etmək üçün yuxarı kirpikləri qaşlar istiqamətində tuşlayın,aşağı kirpiklərə də tuş çəkməyi unutmayın.Gözlərin formasını “tülkügöz” etmək üçün yuxarı kirpikləri yan istiqamətdə rəngləyin,aşağı kirpiklərə isə dəymək lazım deyil.
7.Çox vaxt göz kölgələri öz bağlamasında əlvan və tünd görünsə də,dəridə güc ilə nəzərə çarpır. Ağ göz qələmi bu işdə koməyə çatacaq.Bunun üçün bütün göz qapağını qələmlə rəngləyib kölgəni tətbiq etmək lazımdır.Yerigəlmişkən,bu üsul dırnaq boyalarında da keçərlidir. Ağ rəngli əsasda istənilən rəng daha da dolğun görünür.
8. Qaşlarınıza forma verərkən ,tam yüzdə-yüz simmetriyanı yaratmağa çalışmayın. Qaşlar iki bacıdır,lakin ,əkizlər deyil.
9. Saçlarınız yağlı və ya qarışıq tipə aiddirsə ,kondisioneri saç köklərinə təmas etməyin,bu zaman saçlarınız həcmli görünməyəcək. Kondisioneri qulaq ilə uclar arasındaki sahəyə tətbiq edin yetər.
10.Kondisioner istifadəsindən sonra saçları (başı yox haa saçları) soyuq su ilə yaxalayın.Bu zaman saç kutikulaları yığılıb qapanacaq və nəticədə daha parlaq və baxımlı saçlara sahib olacaqsınız.
11. Dırnaq boyasının dırnaqda qalma müddətini uzatmaq üçün ,dırnaq sahəsini mütləq şəkildə qurutmanız gərəkdir. Bunun üçün xüsusi məhsullar satılır. Ardınca hər iki gündən bir təzə təbəqə tətbiq edin.
12. Lakı tez qurutmaq üçün dırnaq uclarını soyuq suya batırın. Fen burada kömək etməyəcək ,və rəng çalarını daha da sönük edəcək.
13. Ətirləri qarışdırmaqdan çəkinməyin. Bu yeni və unikal kompozisiya yaratmaq üçün ən asan və əlçatan yoldur.İris və aldehidlər qoxunu daha dadlı,human notlar isə daha şirin edir. Ətir qoxusunu isitmək istəyirsiniz?

Kateqoriya: Müzakirələr | Baxış: 4181 | Müəllif: Ragin xanım |

Şərhlər (8)

Это svgi svgi ‹ Lady
ilk serh menden maraqlidi 13-cu qaydani mende edirem ve supeer alinir wink
01 fevral 2015 tarixi   #1    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler....
02 fevral 2015 tarixi   #2    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
yooo,13u men esla etmirem,yaxwi efekt vermir mence,her etrin oz iyi daha gozeldi.
02 fevral 2015 tarixi   #3    / 
G
Это svgi svgi ‹ Lady
Sitat: Gamze Ozcelik
yooo,13u men esla etmirem,yaxwi efekt vermir mence,her etrin oz iyi daha gozeldi.

Gamzeciiiiiiim cox gozel effekt verir ama baxir nece qarisdirmaq lazimdir ve hansi duxlari tund duxla sirin duxu sirin duxla ise tundu super olur fellow
02 fevral 2015 tarixi   #4    / 
Это nice_gril nice_gril ‹ Lady
hee mende 2 etiri hemse qarisdiriram, cox ela olur smile birde tuju hec vxt alta vurmuram, tekce ust kipriye vururam
02 fevral 2015 tarixi   #5    / 
Qadin elə bir mövzudurki, onu nə qədər araşdırırsan araşdır, hər vaxt yenidir.
Это GREAT EXPECTATIONS GREAT EXPECTATIONS ‹ Sharm Lady
Sitat: svgi
ilk serh menden maraqlidi 13-cu qaydani mende edirem ve supeer alinir wink

love 2ya 3-unu birden
19 fevral 2015 tarixi   #6    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
a qizlar,oLa biLer.Yeqin siz deyen kimidi,duxudan asLidi.tewekkurler
21 fevral 2015 tarixi   #7    / 
G
Это nazli aleyiva nazli aleyiva ‹ Lady
super qaydalardi
17 may 2015 tarixi   #8    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış