FASHION


Niyə insanlar xoşbəxt olmamaqı seçir?
Niyə insanlar xoşbəxt olmamaqı seçir?


Qeyri-xoşbəxt olmaqdan nə isə əldə edirsən. Xoşbəxt olarkən isə hər zaman nələrsə itirirsən.

Sən xoşbəxt olmayanda ,kimlərsə halına acıyır,nəticədə acıma əldə edirsən. Xəstələnəndə önəm əldə edirsən,önəmli olursan… Və,sən bunlardan istifadə etməyə başlayırsan,hərdən özün üçün xəstəlik uydurursan,buna bütünlüklə inanırsan,sonunda həqiqətən də xəstələnirsən. Sən xoşbəxt olmadıqda hər kəs diqqətlidir,və bunun fərqinə varır,kim isə sevgi göstərir,kim isə kömək etməyə çalışır ,nəticədə sən diqqət əldə edirsən,sevgi əldə edirsən,nəhayət ,hər-hansı bir kömək əldə edirsən. Sən başqasının baxış və diqqətini üzərində hiss etdikdə önəmli olduğunu hiss edərək ,önəm əldə edirsən. Diqqət sənə enerji verir,özünü şəxs kimi hiss edirsən. Axı səndə diqqətə oqədər böyük istək və tələbat var ki… Və bu tələbat dediklərimdən qaynaqlanır. Kimlər isə sənə tərəf baxmasa,diqqət ayırmasa sən özünü lazımsız və unudulmuş hiss edirsən. Sanki sən heçkimsən.
Hər dəfə sən xoşbəxt olduqda,sevincək olduqda,ekstaz və həzz hiss etdikdə,ürəkdən güldükdə ,sənə qibə edirlər,insanlar bunda anormallıq görür. Qibtə və qısqanclıq hər kəsin sənə əks olduğunun göstəricisidir,dostun yoxdur. Bu yol ilə sən heç vaxt ekstazda olmamağı öyrəndin. Öyrəndin ki,kimsə sənə örtülü düşmən münasibətini göstərməsin,sevinc göstərməməyi,ürəkdən gülməməyi öyrəndin. Sən bu gözəl hissləri xəlvətləyib örtməyə çalışdın ki,kimsə görüb bilməsin və sənə qarşı neqativ hisslər duymasın. Bir də,sən bunu gözə gəlmək adlandırırsan,gözə aparmasınlar deyə sevincini göstərmirsən,sanki,xoşbəxtlik hissini müvəqqəti olaraq oğurlamısan. Baxmayaraq ki,o hiss doğulduğun andan sənindir,hər kəsin xoşbəxtliyi ona məxsusdur.
Sən xoşbəxt olmayanda ,kimsə dəli olduğunu düşünməyəcək. Amma,əgər ekstazda olduğun zaman rəqs edib sevincdən tullansan hər kəs ağlını itirdiyini zənn edəcək.
İnsan xoşbəxt olduqda onu müharibəyə aparmaq olmaz,onu idarə etmək olmaz,çünki,ona heç nə lazım deyil,bu isə ictimayətə sərf eləmir ( siyasətə) .İnsanlar tez-tez ekstaza düşsələr,həmin cəmiyyətin bütün strukturu dəyişilməlidir. Bu cəmiyyət bədbəxtliyə əsaslanıb. Bədbəxtlik-baş investisiyadır. Buna görə də biz uşaqları tərbiyə edib yetişdiririk… Əvvəldən elə xoşbəxt olmamağa meyillilik yaradırıq ki,kütlədən fərqlənməsin ,hamı kimi olsun.
Hər bir anda seçim var:xoşbəxt və ya bədbəxt olmaq. Sən hər zaman bədbəxt olmağı seçirsən,çünki,bunun yolunda xeyli şey sərf olunub. Çünki,bu adət halını alıb ,möhkəm stereotip olub. Sən hər zaman belə etmisən. Sən bunu çox yaxşı etməyi bacarırsan və buna öyrəşmisən.
Xoşbəxt olmaq üçün seçim olsa belə ,sən onu dərk etməməyi adət etmisən. Sən düzgün olmayanı elə sürətlə ,tez-tez seçmisən ki,bu adət artıq daşlaşıb və sən düz olmayanı avtomatik olaraq seçirsən,sanki bu rejimə proqramlaşdırılmısan.
Ayıq ol. Hər dəfə,bədbəxt olmağı seçdiyin hər bir anda xatırla: bu sənin seçimindir. Ayıqlıq sənə kömək edəcək. Ayıqlıq o deməkdir ki,sən bunun öz seçimin olduğunu bilirsən,məsuliyyət daşıyırsan,və öz vəziyyətini özün seçirsən. Həmən saatdaca fərqi hiss edəcəksən. Ağılın keyfiyyəti dəyişiləcək. Sənə xoşbəxtlik istiqamətində hərəkət etmək asan olacaq.
Sən seçimləri özün elədiyini dərk etdiyin andaca ,hər şey nəzərində bir oyuna çevriləcək. Deməli,sən bədbəxt olmağı sevirsənsə ol,bu sənin seçimindir,sonra şikayətlənmə. Buna cavabdeh olan ikinci bir adam yoxdur,nə olursa olsun. Bu sənin dramındır. Əgər sən istəyirsənsə hər şey və hammı bədbəxt olsun,həyatı bədbəxtlik içində addımlayıb bitirmək istəyirsənsə ,get,bu sənin oyunundur. Onu sən oynayırsan. Bacardığınız qədər yaxşı oynayın!

Kateqoriya: Müzakirələr | Baxış: 1733 | Müəllif: Ragin xanım |

Şərhlər (3)

Это arzu əliyeva arzu əliyeva ‹ Lady
Oxudum ve maraqli duzgun faktlardi .Men ozum nece oldugumu deyim inanin ki bu beledi beleyem yeni Xosbextem sukur ama etrafda en yaxin padruqama bele demirem ki xosbextem ama bedbext oldugumuda demirem cunki birine guya cani yanacaq birine adi,onuncun heyati xosbextliyi ozum ozluyumde yasiyiram cunki hec kese basa sala bilmerem ureyimi:)
09 dekabr 2014 tarixi   #1    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
cox gozeL..
Tewekkurler.
09 dekabr 2014 tarixi   #2    / 
G
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler...
10 dekabr 2014 tarixi   #3    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış