FASHION


Bu 6 xüsusiyyətə görə həyat yoldaşını seçirlər.
Bu 6 xüsusiyyətə görə həyat yoldaşını seçirlər.


Bu 6 xüsusiyyətə görə həyat yoldaşını seçirlər.

Kişilərin evlənmək üçün necə xanımları seçməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Buna görə də yazıq qadınlar özünü müəyyən standart çərçivələrinə sığışdırır. Əsas xüsusiyyətləri araşdırmağa çalışaq,hasılarına görə həyat yoldaşı statusuna yiyələnmək olar. "Devçata " adlı populyar sovet filmini xatırlayırsınızmı? Onun bəzi kəlmələri sitat kimi işlənməkdədir,lakin,bir epizod nəzərə çarpmamış qalır. Orada gənc oğlan söyləyir ki,niyə Anfisa ilə evlənmirlər,axı o çox gözəldir. Bir qədər yaşlı kişi isə cavab verir :"Belələri ilə evlənmirlər!". Niyəsini isə izah etmir. Anfisanı rolunu sovet ekranının ən gözəl simalarından olan Svetlana Drujinina oynayır. "Belələri ilə evlənmirlər" deyimini necə qəbul etmək olar? Gözəl ilə mi evlənmirlər? Anfisa nazlı və dəbli qızdır. Kişilər ondan ötrü dəli-divanədir,o da onları əlində oynadır,fırladır... Niyə onun kimisi ilə evlənmirlər? Digər tərəfdən,Nadejda Rumyansevanın ifa etdiyi aşbaz Tosya ,əsrarəngiz olmaq xəyalları ilə yaşayır,istəyir ki,oğlanlar onun qabağında mum kimi ərisin. Bu sovet filmimin əsas ideyası ondan ibarətdir ki, həyat yoldaşını gözəlliyinə görə yox,işguzarlığa və bir neçə əlavə şeylərə görə seçirlər. İndi,fərqli zamandır və prioritetlər də təbii ki,fərqlidir.

Bəs hansı xüsusiyyətlərə görə kişilər həyat yoldaşı seçir?
1. Gözəllik. Məlum məsələdir. Qadın gözəlliyi yer planetinin ən tələbolunan malıdır. Onun naminə böyük addımlar atılır və çoxlu ağılsızlıqlara yol verilir. Hər bir kişi yanında gözəlçə görmək istəyər,sadəcə hər kəs bunu etiraf etmir. Əlqərəz cəlbedici həyat yoldaşı ucuz həzz deyil. O,öz dəyərini bilir və anlayır. Gözəl qadının yiyəsi də hər zaman ayıq -sayıq olmalıdır ki,başqası xanımına göz dikməsin. Adətən gözəllik ,uğur üçün heç bir şey tələb etmir,nə pul,nə ağıl, nə də savad. Bu mövzuda gözəl xanımlar xeyli irəlidədir. Bunlara baxmayaraq ,ətrafa nəzər sal... Demək olar ki,hər bir ikinci gözəl qadın ya tənhadır,ya da saysız alınmayan münasibətlər və evliliklər tarixçəsinə sahibdir.Ortastatistik görkəmə malik xanımlar isə belə hallarla nadir rastlaşır.
Belə çıxır ki,daha həvəslə həyat yoldaşı seçilən xanımlar...

2.Çox da gözəgəlimli olmayan xanımlardır.
Yararaşıqlı,maraqlı və çox güman ki,evlənməzdən qabaq doyunca gəzib görmüş bəy “boz siçan” tipində olan qadınla evlənir.Belə cütlüyü görər görməz ağıla gələn ilk fikir: bu yaraşıqlının yanında belə görünüşlü qadın nə gəzir? Psixoloqlar buğöiy fenomenə çox sadə aydınlıq gətirir: qadının fiziki cazibədarlığının populyarlığını anlayaraq ,kişilər evlənmək üçün nəzərə çarpmayan xanımları seçir.Sadə dildə desək lazımsız diqqətlərdən və gözlərdən sığortalanırlar.
Ərə getməyə heç də sonuncu namizəd olmayan xanımlar isə...

3. Ağıllı xanımlar.
Bu təbiidir.Kişinin ağır əməklə qazandığını xərcləməyi bacarmayan,təsərrüfatı idarə edə bilməyən boşbeyin kimə maraqlı olar ki? Yenə və yenə də məhz ağıllı qadın uşaq tərbiyəçisi ola bilər.Onunla vaxt ,maraqlı və xoş keçəcək. Vacib bir tədbirə aparmaq mümkün olacaq,o ağzından heç bir axmaq fikir qaçırmayacaq,əksinə,mühakiməsinin dəqiqliyi ilə ətrafdakıları heyrətə gətirib incə yumoru ilə sevindirə bilər. Belə qadın ər üçün əla prezentasiyadır,lakin,bir “əmma” var. Kişi müstəqil şəxsiyyətdən “flan qadının əri”nə çevrilməkdən qorxur. Birdən o qadın ömür boyu göstəriş verəcək,”bunu belə et,bunu isə etmə “ deyə...
Deməli,bir variantı da nəzərdən keçirmək lazımdır...

4.Bəzi məqamlarda düşüncəsi dayaz olan qadınlar.
Fransız kişiləri bu tip qadın cazibədarlığının birbaşa azərkeşləridir. Belə xanımla olan kişi özünü intellektual nəhəng kimi hiss edir.Lakin belə xanımlar adətən bədxərc olur,bunun üçün də qənaətçi tutmvxaq gərək... Üstəgəl də,müəllim tut buna öyrətsin adam arasında danışmağı,neytral kəlmələrlə cəmiyyət arasında fikir söyləməyi.Belə xanım sözsüz ki,kişiyə tabe olacaq,lakin bir gözlənilməyən anda onun xroniki minnətdar gözləri kişini darıxdırıb bezdirə bilər. Burda da bir “əmma” var : bəlkə o sadəcə axmaq rolunu aynayır,kişisinin arxasında isə onun firmasının sirrlərini auksiona çıxardıb? Bəlkə ən yaxın dostu ilə ona xəyanət edir?
Məhz buna görə uzaqgörən kişilər evlənmək üçün...

5.Savadlı xanımları seçir.
Savad öskürək kimidir,o ya vardır ya da yox.Onun mövcudluğu da göz qabağında olur.Savadlı xanımdan pulsuz internet kimi istifadə etmək olar (kobudluğa görə üzr istəyirəm). Belə xanımları heyrətləndirmək,valeh etmək bir qədər çətindir axı siz Anatoliy Vasserman ilə Cim Kerrinin birləşməsi deyilsiniz.
Kişi özünü bu tipli başağrılardan uzaqlaşdırmaq istəyirsə,onun seçdiyi xanım...

6.Sadəcə beyni olan xanımla üstəgəl bir qədər savadlı.
Burada biz 1 nömrəli xanım tipinə qayıdıb dairəni tamamlayırıq.Çoxları əmindir ki,unutqan,tənbəl,heçnə etməməyə öyrəşən qeybətçi qadınlarıla kimsə evlənmək istəmir.Ətrafa nəzər salın,məgər evli qadınlar arasında belələri yoxdur? Bəli,bəlkə də çoxluq təşkil edir. Hər bir qadınsayağı keyfiyyət üçün müştəri tapılır özü də bir nəfər yox.
Axı hər bir kişinin özəl görmə bucağı var,özəl kriteriyaları və özəl tələbləri var.Bu tələblər də onun aldığı tərbiyədən,mentalitetindən,savadından,dünyaya baxışından və s.kimi amillərdən yoğrulub.Son söz olaraq deyim ki,gözəl olan və olmayan,ağıllı və ya qismən ağıllı,savadlı yaxud savadsız xanımlar kişinin çərçivəsi miqyasında dəyişməyə dəyərmi? Əlbəttə ki,yox. Hər xanımın öz şahzadəsi mütləq onu tapacaq!

Kateqoriya: Müzakirələr | Baxış: 2426 | Müəllif: Ragin xanım |

Şərhlər (4)

Это prencess prencess ‹ Lady
Tesekkurler
22 noyabr 2014 tarixi   #1    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler...
23 noyabr 2014 tarixi   #2    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
ew Azerbaycan kiwisini misaL Gotursey,goreriy ki savet yoxe helem burjuaziya qaliqlaridilar.cox yalniw duwuncelidiler.evlenmeye hemiwe temiz qiz axdarirlar,lakin ne ozleri temiz olmullar,ne de ki temiz qiz saxlamillar.agzimi awdirirlar.esl kiwi pisi yaxwi elemeye caliwmasa da temizi lekelemeye de caliwmaz.. Camadiin qizini qara yaxillar, ozderinkine amma heckes hecne diemmez.Zeehlem gedir.men o keslere kiwi demirem wexsen..

Neiseeye,hardan hara geldim..xebere gore SagoLun..
23 noyabr 2014 tarixi   #3    / 
G
Это Nura Qaciyeva Nura Qaciyeva ‹ Lady
men heyat yoldawimi secerken hecneyine fikir vermemiwdim gozlerimi onun sevgisi kor etmiwdi ale qurduq qusurlari orrtaya cixdi cox qisqanc idi her weye qariwirdi anlawilmazdiqimiz oldu amma zamanla duzeldi 10 ildi aleliyik helede ilk sevgimiz kimi bir birimizi cox sevirik ikide ovlaadlarimiz var Allahaima wukurler olsun
03 fevral 2015 tarixi   #4    / 
ALLAH BIZI ARZULARIMIZA CATIRSIN AMIN

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış