FASHION


Özünü inkişaf etdirən 5 tövsiyyə.
Özünü inkişaf etdirən 5 tövsiyyə.


Özünü inkişaf etdirən 5 tövsiyyə.

1. Çalışın ki, zamanınızı sizə xoş olan adamlarla keçirəsiniz.
İstirahət yalnız ətrafımızda bizə səmimi qəlbdən dəstək olan ,sevən,hər çətin anımızda yardım etməyə hazır olan,hörmət edən adamlar arasında təşkil olunanda faydalı və zövqverici olur. Yalnız xoş ətraf sizi rahat həyata qaytarıb,hər yeni günün dadını hiss etdirəcək. Çalışın daim ,yanında olduğunuz kimi görünə biləcəyiniz insanlar olsun. Bu həyatınızda yeni səhifə açmağın birinci mərhələsidir.

2. Problemlərdən qorxmayın,onları nikbin qarşılayın.
Məlum olduğu kimi,insan haqqında təkcə üzləşdiyi çətin məsələlər deyil,həm də onlara verdiyi reaksiya da məlumat verir. Yaşadığımız dünyada hər zaman problemlər olub və olacaq,kimsə desə ki,ideal həyat sürürəm inanmayın. Hər yaranmış situasiyadan dik baş ilə çıxmağı öyrənməlisiniz. Hər zaman xatırlayın ki,istənilən həyati situasiyanın minimum iki çıxış yolu var. Alternativ axtarın,hadisələri sürətlə analiz edib,düzgün qərar çıxarmağı bacarın. Ən əsası odur ki, hər bir addıma görə siz cavabdehsiniz,bunu unutmayın (bu fikirlər sizi nəsə etməzdən qabaq yüz ölçüb bir biçdirər,nəticədə səhv etməkdən xilas ola bilərsiniz).

3. Hər zaman özünüz kimi olun və bununla fəxr edin ( olduğun kimi görün) .
İndiki gənc nəsil nədənsə özünü ya hansısa məşhura ya da ətrafındakı kimsəyə bənzətməyə çalışır. Bu kobudcasına bir səvhdir! Hər bir insan təkrarolunmaz şəxsiyyətdir. Təbiətin sizdə topladığı özəlliklərşi qorumağı bacarın. Qoy başqaları sizə oxşamaq istəsin, sən isə o həddə enmə.

4. Həyat dərsi olan iri və xırda səhvlərinizi dəyərləndirin.
Mükəmməl insan yoxdur, hər birimiz səhvlərə yol veririk. Fərq ondadır ki,uğurlu insanlar səhvlərini qəbul edərək onları nikbin dəf edir,digərləri isə bədbinliklə həyatın gətirmədiyini iddia edərək heçnə eləmir. Bunu bilin ki,həyatın məhdudiyyətləri və hər bir sınağı insanı biraz da bərkidir. Risk edin,yıxılın,yenidən qalxıb cəhd edin.
Çalışın hər gün yeni bir şey öyrənəsiniz,böyüyün və mükəmməlləşin.

5. Daxili səsinizə qulaq asın.
Bəzən hisslərin hökümü altında hərəkət etmək çox faydalı olur. Ürəyinizin səsini dinləyib ona əməl etməkdən qorxmayın. Bir çox həyatda yerini möhkəm tutmuş insanlar söyləyir ki,uğur qazanmaqda intuisiya böyük rol oynayır. Orijinallıq,kreativlik göstərin, öz maraqlı ideyanızla ,təklifinizlə heyrətləndirməyi bacarın. İndi çoxları hüdud çərçivəsində hərəkət etməyi seçir,sizin əsas tapşırıqınız isə sərhədlərdən kənara çıxmaqdır ( bununla yanaşı qızıl içliyi unutmayın: həddi aşmaq olmaz!) . Hər dəqidəni ,hər yaşanmış günü qiymətli hesab edin,axı həyat oqədər qısadır ki,nədənsə qorxub çəkinməyə ,"lazımlı məqamı" gözləməyə dəyməz!


Kateqoriya: Müzakirələr | Baxış: 3190 | Müəllif: Ragin xanım |

Şərhlər (6)

Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
tewekkurler.
21 noyabr 2014 tarixi   #1    / 
G
Это J.S J.S ‹ Lady
Yaxşı məsləhətlərdir.TWK smile
21 noyabr 2014 tarixi   #2    / 
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler....
22 noyabr 2014 tarixi   #3    / 
Это prencess prencess ‹ Lady
Tesekkurler
22 noyabr 2014 tarixi   #4    / 
Это nazli_96 nazli_96 ‹ Lady
HER ZAMAN OZUNUZ KIMI OLUN
22 noyabr 2014 tarixi   #5    / 
Это Love conquers all Love conquers all ‹ Lady
Deyerli sozlerdi..
23 noyabr 2014 tarixi   #6    / 
Ətir sevmirəm,heç də ehtiyac duymadım.Çünki mənə görə ən gözəl qoxu, sevdiyimə sarıldıqdan sonra üstümdə qalan qoxudu...

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış