FASHION


Kişi: necə edim ki,o məni eşitsin,anlasın…
Kişi: necə edim ki,o məni eşitsin,anlasın…


Kişi: necə edim ki,o məni eşitsin,anlasın…

1.Hisslərin haqda danişmağı öyrən,səhv tutmağı yox.

Xoşuna gəlmədiklərin haqda elə danışmağı öyrən ki,səni dinləmək istəsinlər ya da heç olmazsa,danışdığın dözülməz olmasın. Öz hisslərin barəsində danışarkən tez-tez “sən” deyə göz çıxarmaq lazım deyil. “Sən uşaq barəsində heç kömək etmirsən” demvxək əvəzinə “ uşaq və ev işləri məni çox yorur” deyə bilərsən. “sən yenə də telefonu açmadın” yox,”sənə zəng çatmayanda narahat oluram” demək lazımdır.Bir az məşq et bu çətin deyil. Unutma ki,hər dəfə “sən” deyə onun üstünə getdikcə kişi avtomatik olaraq öz eqosunu müdafiə etməyə qalxır.Bu zaman o səni eşitmir,o yalnız ona edilən hücumvxu eşidir. Mən hətta deyərdim ki,bircə bu şərtə əməl etməklə münasibətləri kordinal şəkildə dəyişmək olar.

2.Nə istədiyini dəqiq anlamaq.

Bizə elə gəlir ki,bu çox bəsid sualdır,lakin,çox vaxt belə olur ki,biz istəmədiyimizi dəqiq bilirik,amma istədiyimizin şəkli beynimizdə canlanmır.Tutaq ki,”sən mənə heçnədə kömək etmirsən” kəlməsi kişiyə heçnə demir.Dəqiq hansı sahələrdə ondan kömək gözlədiyini özün üçün aydınlaşdır. Məsələn “sən həftədə iki dəfə şam yeməyindən sonra qabları yuyub,bazar günləri uşağı gəzdirsən mənə çox xoş olar”. Ya da ki,bu “bizim münasibətlərdə romantika yoxdur”. Hansı romantikanı istəyirsən? Hansı momentlərdə onu duyduğunu xatırla və konkret olaraq nə istədiyini müəyyənləşdir.Həftədə bir dəfə restorana getməkmi,hər çərşənbə axşamı bir dəstə gülmü,səhərlər boyundan öpülməkmi. Bax bu dəqiq və məlumdur.Sonrasını isə istənilən şəkildə müzakirə edin. Qeyd edim ki,uzun uzadı gözləyib “mən istərdim ki ,ona heç nə deməyim,o özü anlasın və səmimi qəlbdən mənim üçün bunları etsin” kimi fikirləri ağlınızdan keçirsəniz uduzan elə özünüz olacaqsınız.

3.Qənaətbəxş atmosferi necə təsəvvür etdiyini danış.

İnsanlar problem onların boğazına gəlib çatdıqda münasibətlərə aydınlıq gətirməyə çalışır.Məsələn: kişi yoldaşının yeni donunu fərq etməyib qiymətləndirmədikdə və ya kirli corablarını koridorda çıxardıb atdıqda.Sənin narazılığını bildirməyə tam hüququn var,lakin,bunu emosional şəkildə edəcəysənsə mövzuğönun məğzi kişini heç də maraqlandırmvxayacaq.Əgər,qıcıq almısansa söhbəti başqa vaxta saxla,soyuyanda danışarsan. Söhbətə başladığında nəqədər sakit abu-hava olarsa,bir oqədər də yuxarıda qeyd etdiyim birinci şərtə əməl edəcəksən. Nəticədə uğur əldə etmək şansların çoxalacaq.Bu normal danışıq olmalıdır,sizin məqsədiniz kişiyə hücum edib emosiyaları püskürmək yox,ona informasiyanı düzgün çatdırmaq olmalıdır. Bu ahəngi yaradıb davam edə bilsən,o hər dəfə səni həvəslə dinləyəcək.

4.Xatırlamaq.

Bunu öz fikirlərini bildirmək qədər yumşaq şəkildə etmək lazımdır.O,hər şeyi mənəviyyatsız birisi olduğuna görə və səni vecinə almadığına görə unutmur,sadəcə,ona bu yeni vərdişi xatırlamaq bir qədər çətindir.Lazım gəlsə lap 5 dəfə,10 dəfə ona bu barədə xatırla,eyni zamanda təmkinli və mülayim ol.”Görürsən,yenə unutdun,mən belə də bilirdim” deyib qatı rəqib yox,”hamımız bəzən səhvə yol verib unutqanlıq edirik” deməklə köməkçi ortaq lmalısan. Axı sizin ümumi tapşırıqınız var,bir-birinizi xoşbəxt edib firavan həyat yaşamaq.

5. Kişi sənin istəklərini yerinə yetirdikdə təşəkkür etməyi və sevinməyi əsirgəməmək.

Düşünə bilərsən ki,bu artıq bir şeydir. Bu artıq deyil,belə lazımdır! Onun əməlinin nəticəsini qiymətləndirmək kişi üçün çox vacibdir,demək olar ki,bu məqam onu hərəkətə gətirən baş qüvvədir.De ki,çox sevinirsən və sənə xoş oldu.De ki,bu ən gözəl gül dəstəsidir.Səmimi ol,və onu tərifləmək üçün xəsislik eləmə.Bəzi qadınlar elə düşünür ki,kişini tərif etsələr o bunun kifayə olduğunu düşünüb daha heç bir şey etməyəcək.Bu fikir azğınlığıdır.Qiymətləndirmə və tərif,onun siz naminə edəcəyi növbəti jestlər üçün bir növ yanacaqdır.O çalışacaq ki,sən yenə və yenə onu tərifləyəsən.

Kateqoriya: Müzakirələr | Baxış: 2270 | Müəllif: Ragin xanım |

Şərhlər (4)

Это birininherseyi birininherseyi ‹ Lady
maragld twk
21 noyabr 2014 tarixi   #1    / 
ayka
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
tewekkur))
21 noyabr 2014 tarixi   #2    / 
G
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler...
22 noyabr 2014 tarixi   #3    / 
Это prencess prencess ‹ Lady
Tesekkurler
22 noyabr 2014 tarixi   #4    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış