FASHION


Inkaretmə.
Inkaretmə.


İnkaretmə (negation) – müdafiənin primitiv və ya erkən (inkişaf etməmiş) mexanizmidir,onun köməyi ilə fərd hadisənin bir neçə və ya bütün əhəmiyətlərini özündən uzaqlaşdırır.Bu yolla “mən” reallığın bəzi xəstə aspektlərini tanımaqdan qaçaraq eyni zamanda narahatlıq və digər xoşagəlməz affektləri azaltmış olur.

Eksplüsid və ya implüsid olaraq inkaretmə həm də bütün müdafiə mexanizmlərin inteqral aspektidir. 70-ci illərin sonundan etibarən bu termin ayrılıqda müdafiə edən mexanizmi izah etməkdən də çox,müdafiə əməllərinin aspekt reallığını inkar etməyini izah etmək üçün istifadə edilirdi.

Reallığı qəbullanmağı dayandırmaq üçün dadımıza fantaziya çatır,hansı ki,vəziyyətin arzuolunmaz və öz aralarında uyğunlaşa bilməyən anlarını hamarlayır.Bu yolla ,qorxudulmuş müdafiyəsiz uşaq özünü güclü və bacarıqlı hesab edir.İnkaretməyə adətən hərəkət vasitəsi ilə də nail olmaq olur,lakin,bu zaman hərəkət də bihuş inkaredici fantaziytbihuş inkaredici fantaziyalara əsaslanır.

İnkaretmə uşaq yaşlarında- normaldır,inkaretmənin müəyyən dərəcəsi istənilən yaş dövründə gözləniləndir,bu bir qayda olaraq stresə,travmaya və ya sevimli birinin itkisinə qarşı təbii reaksiyadır.İnkaretmə kütləvi və ya xüsusən də orta miqdarda ,seçilmiş reallıq təhrifini özündə cəmləşdirir. Müstəsna hallarda inkaretmə psixoza işarələnərək cəfəngiyyat kimi biruzə edilə bilər .Məsələn: ana əmindir ki,gəlincik –onun ölmüş uşağıdır.Təbii ki,bütün nervozlarda reallıq müəyyən miqdarda təhrif və inkar olunur ,lakin inkaretmə sabit olaraq davam edirsə bu ciddi problemlərin baş qaldıracağına işarədir.Digər tərəfdən,hisslər və affektlər sferasında davamlı inkaretmə bəzən normal və adaptiv reaksiya kimi qəbul olunur.Məsələn: biz aviaqəzaların baş verməsinə baxmayaraq təyyarələrdə uçmağı davam edirik,biz özümüzü elə aparırıq sanki ,nüvə müharibəsi heç zaman baş verməyəcək və s.Keçmiş illərin psixoanalitik ədəbiyyatında inkaretmənin psixozlar zamanı özünü göstərən pataloji aspektləri müşahidə olunub araşdırılırdı.
Müasir zamanda inkaretmənin daha geniş formaların cərəytanları qeyd olunur,hansılar ki,normal və nevrotik formaları özündə cəmləşdirir.

İnkaretmə mexanizmini yerdəyişmə və təkzib mexanizmlərindən fərqləndirmək lazımdır.Kobudcasına desək,inkaretmə xarici reallığa aidlənir,yerdəyişmə isə daxili reprezentlərlə bağlıdır.Təkzib tez-tez inkaretmənin sinonimi kimi də qələmə verilir. O,yerdəyişmə aspektlərini,izolyasiyanı və inkaretməni özündə birləşdirir.Təkzib yerdəyişməyə uğramış məfhumları huşa buraxır,lakin bunu neqativ formada edir.

Kateqoriya: Müzakirələr | Baxış: 2634 | Müəllif: Ragin xanım |

Şərhlər (4)

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış