FASHION


Büstqalterlər haqqında,onların seçimində yardımçı
Büstqalterlər haqqında,onların seçimində yardımçı




















Çox güman ki,bütün qızlar büstqalterseçərkən onun ölçüsündən başqa nüansları önəmsəmir. Gözəyarı hər hansı bir modeli seçib evə gəlir vəfərqinə varırıq ki,bir model sizin sinə biçiminizə uyğun gəlmir,biri lazımlı funksiyanı yerinə yetirmir,digəri isə görünüşü sadəcə dözülməz edir. Bütün bunlar onagörədir ki,yaradılmış hər bir modelin xüsusi funksiyası var sizin isə individual formanız. Hətta büstqalter tikişlərinin belə xüsusi xidməti vardır.

1. T-sayağı tikişli büstqalter sinəni möhkəm tutub saxlayır ,bu model dolu xanımlar üçün əla seçimdir.
2.Üfüqi tikişli model iri və bir-birindən cox aralaşan sinələr üçün istehsal edilib.Onlar sinəarası məsafəni azaldır.
3. Şaquli tikişli büstqalterlər əksinə- bir -birinə cox yaxın olan sinələr üçün nəzərdə tutulub.
4.Tikişsiz büstqalter ən nazik paltarların altında rahatlıqla geyinilmısi üçün nəzərdə tutulub.
5.Bondoyəni ki,kəmərsiz istifadə edilən büstqalter,onların aşağı kəmərləri kifayət qədər qalın və enli,silikon işləmələrlə sinəni möhkəm saxlayır. Bu model iri yaxa kəsimi və ya üstü olmayan geyimlər üçündür.
6.Möhkəm və bərk kasalı modellər sinəyə müəyyən standart forma verilməsi üçün nəzərdə tutulub.
7.Yumşaq kasalı büstqalter sıx modellərdən diskomfort yaşayan və yaxud da ideal sinəli xanımlara uyğundur.
8.Balkonet və ya anjelika tipli büstqalterlərdə kasalar paralel olaraq yerləşdirilib,dərin dekolteli geyimlər üçün əla variantdır,adətən taxma kəmərcikli olur.
9.Sonuncu növ büstqalterlərin kasaları cox ensiz olur,onlar adətən aşağı hissədən ibarət olub sinənin yarısını ön plana çıxarır.

Əlavə olaraq,tam qapalı büstqalterlər,və "push up" büstqalterləri vardır ki,biri iri sinəni sıxıb gizlədir,digəri isə silikon,hava və ya digər materialda olan içliklərlə doldurulmuşdur ki,sinəni qaldırıb həcm vermək üçün istifadə edilir.

Kateqoriya: Müzakirələr | Baxış: 5487 | Müəllif: Emily Jackson |

Şərhlər (5)

Это Ahu 05 Ahu 05 ‹ Lady
maraqli idi,tesekkurler
13 may 2014 tarixi   #1    / 
Это esmerbarbie esmerbarbie ‹ Lady
Tesekkurler xebere gore
13 may 2014 tarixi   #2    / 
Gulumse heyat cekirem seni.
Это THE PARIS MISS THE PARIS MISS ‹ Lady
Tesekkurler
13 may 2014 tarixi   #3    / 
Это nezrin huseyinova nezrin huseyinova ‹ Lady
tesekkurler
13 may 2014 tarixi   #4    / 
Это MISSNURKA MISSNURKA ‹ Lady
Twk maraqli xeber idi
14 may 2014 tarixi   #5    / 
Ətrafimda aktyorlar çoxdu amma rejissor mənəm xəbərləri yoxdu...

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış