FASHION


Qışda baş qaldıran dəri problemlərinin 4 həlli.
Qışda baş qaldıran dəri problemlərinin 4 həlli.


Sümüklərə kimi dəlib keçən və soyuq külək və şaxta,evdə və ofisdə quru kondisəolunmuş hava-dəri gözəlliyinin tənəzzülünün əsas günahkarlarıdır. Dərinin “qış problemləri”ndən qaçmaq üçün bizim qulluq tövsiyyələrimizə əməl edin.

- Səpkiyə meyilli
Hər axşamüstü dərini dərindən təmizlə. Qabıqlandıran lasyonlar və incə pilinqlər yumşaq şəkildə ölü hüceyrələri uzaqlaşdırır,hansılar ki,məsamələrə dolaraq nəfəsalmanı pozur. Bu vasitələr həssas dərini belə zədələmir,ona görə də müntəzəm istifadəyə yararlıdır. Akne ilə mübarizə aparan vasitələrdən tam imtina etmək lazım deyil,lakin,aşırı dərəcədə də işlətmək olmaz. Onları hər gün yox,günaşırı istifadə et,özü də ki,axşam. Nəmləndirici kremdən qorxmaq lazım deyil! Əsasən də onun tərkibinə günəşdən qoruyan filtrlər daxildirsə,səhər küçəyə çıxmağına 10-15 dəqiqə qalmış ondan istifadə et.

- Həssas dəri
Təmizləyici gel və köpüyü incə ,krem əsaslı bir vasitə ilə əvəz et. Yuyunduqdan sonra sakitləşdirici zərdabı,üstünə də nəmləndirici qoruyucu kremi tətbiq et,hansının ki,teksturası daha qatıdır (yayda istifadə etdiyin kremə nisbətən). Gün ərzində üzünə termal su fısqırt.Çox gözəl başa düşürəm ki,isti duşun altında zövq almaq başqa aləmdir,lakin bu prosedur dərinin nəmliyini oğurlayır. Məlum məsələdir ki,qışda onsuz bir günü də təsəvvür etmək mümkün deyil,çalışın ki,isti suyun altında keçirdilən günlərin sayını minimuma endirəsiniz.

- Solğun
Dərinin parlaqlığını qaytarmağa incə eksfoliasiya kömək edəcək.Bu prosedura mütləq şəkildə həftədə üç dəfə həyata keçirilməli və vitaminlərlə zəngin zərdab ilə təchiz olunmalıdır (dəri rəngi üçün C vitamini çox yaxşıdır).Matlaşdırıcı tonal krem indi sənin üzündə maska kimi görünə bilər,yaxşı olar ki,onu yüngül,tonuslandırıcı effekti olan nəmləndirici əsas ilə əvəz edəsən.

- Ərköyün
Kremli teksturası olan vasitə ilə dərini təmizlə,ardınca T –zonaya mattlaşdırıcı effekli toniki pambıq tamponun köməyi ilə gəzdir.Daha quru nahiyələr üçün nəmləndirici losyondan istifadə et. Yağlı zonalar üçün gialuronlu turşu tərkibli vasitələr,quru nahiyələr üçün isə qliserinli vasitələr tətbiq et.

Kateqoriya: Gözəl ol » Üz üçün maskalar | Baxış: 3862 | Müəllif: Ragin xanım |

Şərhlər (4)

Это prencess prencess ‹ Lady
Tesekkurler
16 fevral 2015 tarixi   #1    / 
Это Ayka Qasimzade Ayka Qasimzade ‹ Lady
maraqli mesletete gore twk
16 fevral 2015 tarixi   #2    / 
Это Gamze Ozcelik Gamze Ozcelik ‹ Lady
heyeee day demiyin,dewetdiyeeee.Kremler falan da oLmasa Artik duwunemiyorum.TewekkurLeR..
16 fevral 2015 tarixi   #3    / 
G
Это Ahu 05 Ahu 05 ‹ Lady
tesekkurler....
17 fevral 2015 tarixi   #4    / 

Şərh yazmaq

Имя:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Şəkildə göstərilən 2 sözü daxil edin: *

Şəxsi kabinet




Bölmələr




Axtarış