Axtarış

Payız-qış dövründə necə şık görünəcəyinizi bilmirsiniz? O zaman bu fikirlər sizin üçündür. Bu qış üçün geyim seçərkən aşağıdakılara diqqət yetirin:

Kişi çiyinli sviter. Əgər hələdə dükanlarda kişi şöbəsində olmamısınızsa – təcili olaraq səhvinizi düzəldin! Orada görünüş üçün mega-trend bir üst geyimi tapa bilərsiniz. Rəfiqələrinizin mütləq sahib olmayacağı bir geyim.

Boğazlı köynək. Kim bunların bir araya sığmamasına qərar verdi? Ona qulaq asma! Bu geyimləri birləşdirməkdən çəkinməyin. Əsas odur ki, qaydaya riayət edin: onlardan biri bitərəf olmalıdır. Bir rəng və dekorasiyasız.

Qolsuz jiletlər. Bir neçə il əvvəl bu, darıxdırıcı və ofis seçimi sayılırdı. İndi bu qarderob seçimi populyarlıq zirvəsindədir. Həmdə hər gün və bir tarix üçün.