Axtarış

Xəz şuba şıklığın nişanəsi hesab olunmağı hamıya məlumdur. Bu gün üst geyim seçiminin çox geniş olmağına baxmayaraq,bir çox qadınlar üçün məhz xəz şuba ən arzuolunandır. İdeal xəz məmulatı necə seçmək lazım olduğunu mütəxxəssislər danışacaq.

Şubanı seçməzdən qabaq,onu həyat tərzinə uyğunlaşdırmalısan. Məsələn,ümumi nəqliyyat vasitəsi ilə gediş-gəliş edirsinizsə,çox uzun və ya çox qısa şuba almayın. Uzun ətəyi avtobus və ya metroda görünüşünü itirəcək,çox qısa kürkdə isə üşüyə bilərsiniz.

Keyfiyyətli norka xəzi necə seçilir Norka ən populyar xəz hesab olunur,o isti,möhkəm və istifadəyə davamlıdır. Onu almazdan qabaq xəzi diqqətlə nəzərdən keçirmək lazımdır:

Şuba xəzində tük seyrəkliyi olmamalıdır.
-Rəngin və sıxlığın bircinsliyi xəzin keyfiyyət göstəricisidir.

-Xəz toxunuşdan sonra yağlılıq hissi saxlamamalıdır.
– Xəzin xoşagəlməz qoxusu olmamalıdır.
-Tükləri dartan zaman qopma müşahidə olunmamalıdır. -Təbii xəz şubasının qiyməti ucuz ola bilməz.
-Beləsini tapsanız ehtiyyatlı olun

Şubanı bədəninə uyğun fasonda almaq Dəbə üstünlük verən xanımlar sadəcə keyfiyyətli xəz ilə kifayətlənmir. Onlar xəzi bəzək kimi geyinmək istəyir.
Bu mövzuda da professionallar növbəti məsləhətləri verir:
Uzun qalın xəzli şuba həcm verir. İncə görünmək istəyən qısa qırxılmış hamar xəzli məhsullar almalıdır. Üfüqi zolaqları olan xəz bədən görüntünüzə 2 -3 sm daha əlavə edəcək. Qışın baza şubası kimi düz biçimli budu örtən və ya dizədək uzanan fasonlar götürün,onlar hər bədən quruluşuna yaraşacaq. “kokon” fasonlu şubalar aktualdır, “trapesiya” fasonda şubalar isə köhnəlmiş görünür.