Axtarış

Əgər sən sviteri yalnız gündəlik qarderobun elementi hesab edirsənsə,bizim toplumu diqqətlə nəzərdən keçir. Bu toplumda səni istənilən qonaqlığın ulduzuna çevirən 7 parlaq model təqdim edirik.

Rahat ağ sviter,sanki nənə toxuyub. Hər gün cins ilə geyinilməkdən əlavə tül ətək və ya yüngül çiçəkli ətək ilə çəkinmədən kombin edə bilərsən. Ayaqqabını isə massiv,kobud,bağlı bot seç. Dostlarla lampa partisi və ya sevdiyin qrupun konsertinə geyinmək üçün əla kombindir.

Neon rəngli,melanj sviter,parti üçün texno stillndə libas hazırlamağa kömək olacaq. Bunun üçün dar uzunbel şalvar və hündür nazik dabanlı bosonojkaya ehtiyacın olacaq. Sviterin kənarını yuxarıya həcm vermək üçün,bir qədər şalvara salın. Bu zaman həm beli vurğulamış həm də görüntü olaraq ayaqları uzatmış olursunuz.

Qısa qırmızı cemperi görüş və ya dəb nümayişi üçün saxla. Şalvarlarla kombin et,cins və ya klassik. Belə modelə enli klüot şalvar ilə hündür daban ayaqqabı yaxşı uyuşacaq. Kitten heels hündürdaban ayaqqabısına və ya qalın dabanlı batilyonlara nəzər sal.

Əlvan oversayz cemper,feyr-ayl naxışı ilə dekor olunmuş,ən sadə obrazı canlandırmağa qadirdir. Partiyə və ya rəfiqələrin ilə kokteylə gedərkən,onu hündür belli dar cins və iti burunlu kitten heels batilyon ilə kombin et. Belə libasda isti və rahat olmaqla yanaşı,dəqiq diqqətdən kənar qalmayacaqsan.

Bu yumşaq boğazlı sviteri isə dar mini ətək və bu mövsüm dəbdə olan enli botforlarla kombin et. Belə libasda romantik görüşə,rəfiqələrlə yeməyə və ya dəb nümayişinə gedə bilərsən. Libası balaca,qısa kəmərli çanta və səliqəli puset sırğa tamamlayacaq.

Əlvan bənövşəyi oversayz cemper qranj tərzdə libasa ideal uyuşacaq. Onu cırıq qara cins və kobud,qalın dabanlı,bol kəmər və sıxaclarla bəzədilmiş botinka ilə ahəng et. Cəsarətli makiyaj etməyi,saç düzümünə yüngül dağınıqlıq verməyi unutma.

Turş laym rəngli V-kəsimli yaxalı cemper,bolpaça cinslərlə yaxşı cütlük olacaq. Bu tərz 70-ci illəri xatırladır. Soyuq gecədə teatra və ya dəbli nümayişə getmək üçün uyğun variantdır.