Axtarış

Məlumdur ki,sızanaqların əmələ gəlməsinə səbəb olan qidalar az deyil. Bu 9 ərzaq əksinə,onlardan can qurtarmağa kömək olacaq!

1. Avokado
Bu tərəvəzin heykəli qoyulmalıdır. Skeptiklər isə onda pis bir şey tapılan günü gözləyir. Amma yox! Sonsuz faydalı məhsuldur. Sızanaqlara qarşı da mübarizə aparır. C və E vitamininə təşəkkürlər.

2. Brokkoli
Rekord dərəcədə faydalıdır,amma çoxu bu kələmi dadsız hesab edir. Bu da “dərman acı olar” konsepsiyasına uyğundur. A,B və K vitaminlər kompleksi dəriyə keyfiyyətli baxım və sürətli sağalmanı təmin edir.

3. Əncir
Maqnezium ilə zəngin dadlı ərzaq dəriyə hamarlıq və məxmərlik verərək,yağ vəzlərin aktivliyini azaldır.

4. Yulaf
Yenə maqnezium mənbəyidir. Dadı əncirdən dəfələrlə zəyif olduğu qədər də qiymətdə münasibdir. Sızanaqlara qarşı ən yaxşı ərzaqlardan biridir!

5.Qəhvəyi düyü
Absorbent və lifli toxuma mənbəyi. Onun təmizləyici xüsusiyyəti dəridən yan keçməyəcək.

6. Forel
Yağ turşuları onun antibakterial aktivliyidir. Buna görə bu balıq sənə lazımdır.

7. Midiya və stridiya
Qibtə edənlərin acığına,özünə heç nədə imtina etmə. Suallara da ” dermatoloqum məsləhət görüb,bu dəniz məhsulunda çoxlu sink var!” deyə cavab ver.

8. Balqabaq toxumu
Hansı ərzaq sızanaqlardan can qurtarmağa kömək edir? Balqabaq toxumu, orqanizmdə sink çatışmazlığını bərpa etmək üçün qənaətcil variantdır.

9. Qara şokolad
Antioksidantlar dərinin xeyrinədir,yerigəlmişkən,sink də daxildir.