Axtarış

Yoqa – qadın bədəninin spesifikliyini və qadın energetikasını nəzərə alan xüsusi hərəkətlər kompleksidir. Bu yoqa hərəkətləri bədənin elastikliyinə,hərəkətin yumşaqlığına,cazibədarlığa və cəlbediciliyə yönəlmişdir.

METODUN ÖZƏLLİKLƏRİ

Qadınlar üçün yoqa hərəkətləri qrasiya,elastiklik və hərəkətlərin hamarlığını inkişaf etdirməyə yönəlib. Məşğələlərin önəmli komponenti- yan əzələlərini bərkitməkdir. Onlar daxili orqanların işinə,və onların düzgün duruşuna cavabdehdir. Məşğələlər qadını sakitləşdirir,tarazlaşdırır,sağlam hamiləliyə hazırlaşdırır və doğuşdan sonra bərpa olmağa kömək edir. Aybaşı vaxtı icra olunan hərəkətlər fərqlidir.

EFFEKT

Xüsusi hərəkətlər qadının endokrin sistemini balanslaşdırır. Stabil hormonal fon qadın gözəlliyinin və cavanlığının təməlidir: tarımlı dəri,bədən ətri və gözlərin parıltısı. Nəfəs hərəkətləri qadına enerjini bərpa etməyə kömək edir. Meditasiya öz təbiətini ,təbii gücünü dərk etməyə,hiss etməyə fürsət verir.

KİM ÜÇÜN UYĞUNDUR

Qadın yoqası,hər yaşda icazəli olan yumşaq praktikadır. Əks göstərişlər kəskin xəstəlik mövcudluğunda ola bilər.