Axtarış

Nadir hal deyil ki,insanlar özünə çox narahat yanaşır ,və, bunu anlamaq çətin olur. Özünü haqsız yerə danlayıb-danlamadığını anlamaq üçün bu üsulları oxu və düşün,belə davranmağa dəyər mi?

1. Minimal məsuliyyət tələb edən səhvlərə görə özünə psixoloji cəza verirsən. Etdiyimiz səhvlər çox vaxt,həyata minimal təsir göstərir və ya yox. Məsələn,malların endirim vaxtını izləyib gözləyirik,sonra onları,və endirzmdə olmayanları da alıb özümüzü danlayırıq. Daha bir misal, düzgün qidalanmaq istəyirik,və qabağımıza çips dolu qab qoyuruq. Ozünə səhv etməyə icazə ver.

2. Səhvi düzəltdikdən sonra özünü tənqid edirsən . Yazışarkən iş yoldaşına səhv adla müraciət etdin,üzürxahlıq məktubu göndərdin. Buna baxmaraq bütün gün özünü mühakimə edirsən. İkinci məktubdan sonra məsələnin həll olduğunu özlüyündə qəbul etsəydin,tənqidə ehtiyac qalmazdı. Günahkarlıq hissinin rolu budur ki,situasiyanı düzəltmək üçün tədbir görür və bir daha o səhvə yol vermirsən.

3. Özünə qayğı göstərməyi ən sonuncu növbəyə saxlayırsan Məsələn,sənə divan lazımdır, sən vaxt və enerji ayırıb yenisini axtarmaq istəyirsən,amma,sənin görüləsi iş siyahın tamam fərqli işlərdən ibarətdir. Və hər dəfə eyni şey: sonra,vaxtım olanda onu da edərəm,bunu da. Və heç vaxt eləmirsən. Nəzərə al ki,özünə qayğı önəmli işdir,bunun üçün vaxt tapmalısan.

4. Səni kimsə günahlandıranda,bunu öz səhvin kimi dəyərləndirirsən. Məsələn: kolleqa hesabatın özünə düşən payını hazırlamayıb,çünki,sən onun yadına salmamısan. Səni kimsə anlamadı,deməli,özünü düzgün ifadə etməmisən. Məsuliyyətin artığı ilə çatışmazlığı arasında olan normanı gör. Həddindən artıq məsuliyyətlisənsə,məsuliyyət payını iki dəfə azalt,gör nə alınır. Özünü əmin et ki,lazım olan miqdarda öhtəlik götürməlisən.

5. Hərşeyin alınmağına baxmayaraq,hesab edirsən ki,həyat alınmadı Bəzən,insanlar özünü mükəmməl qələmə vermədiyi bölümlərə oqədər diqqət yönəldir ki,yaxşı olanı görmür . Bax,sənin həyatın başqasının gözündə necə görünür. Əgər,kənardan hər şey önəmli dərəcədə yaxşı görünürsə,razılaş ki,çox şeyi alındırmısan.

6. Sən başqaların səhvinə təbii kimi baxırsan,özünkünə isə yox. Hər birzmizin ağılsızlıq etdiyimiz dönəmlər olub. Sən blenderi bağlamağı unuttun və divarı rənglədin. Bunu rəfiqən etsəydi,birlikdə güləcəkdiniz,özünü isə bağışlaya bilmirsən. Öz yerində başqa birini təsəvvür etməyə və bu xırdalığın diqqətə dəymədiyini anlamağa çalış!