Axtarış

Frenç,pastel və başqa klassikadan bezmisənsə,tərz və səliqəli qara manikur etməyin əsl zamanıdır . Hesab edirsən ki,qara dırnaqlar çox əcayib görünür? Digər rənglərdən də əlavə et,fərqli dizayn ver: qızıl,gümüş,qaşlar və xəttlər- qara baza ilə hər şey uyuşacaq! Toplumuza bax və ilham al! Qarderobunda qara paltar çoxdursa,deməli,qaranın bütün rənglərlə uyuşduğunu bilirsən. Manikurla da eyni taktikadan istifadə et və əcayib görünməkdən qorxma.

Qızıl
Manikurun bahalı görünsün istəyirsən? Qızıl əlavə et! Qaşlar,qlitter,dizaynı özün seç. Məsləhət: hər bir barmağı qızılla bəzəməyə dəyməz,bir -neçə vurğu kifayətdir.


Ağ-qara
Ağ və qaranın klassik uyğunluğuna necə baxırsan? Ustandan xahiş et ki,baza rəngini qara edib ağ rənglə vurğu naxışları çəksin. Məsləhət: qara fonda ağ həndəsi fiqurlar olduqca cool görsənir!

Sadə həndəsə
Deyəsən,manikurda həndəsə trendi uzun müddət bizimlə qalacaq. Ən azından,bu payız o dəbin pikindədir.


Neyl-art

Neyl-art sevirsən?
Qara manikuru rənglərlə,naxışlarla, sevdiyin personajların şəkilləri ilə bəzə. Ustanın qabiliyyətini sınağa çək,çəhrayı təkbuynuz at çəkməyi xahiş elə.