Axtarış

Ətək təkcə komfortlu hərarət üçün yaradılmamışdır. Cins və ya dəri ətəyi nə ilə geyinək ki,həm havalı görsənək,həm də üşüməyək İstənilən olay üçün qeyri-adi gündəlik obrazlar yığdıq Ətəyi payız və qışda nə ilə geyinməli?
Hər gün üçün 5 tərz obraz

Dəri ətək: furajka və şuba
Payız və qış dəstlərinə çəkinmədən dəri geyimlər əlavə edin. Qara dəri modeli ofisə geyinmək olar. Ona oversayz pencək,hündürdaban ayaqqabı və klassik köynək əlavə etməyiniz yetər. Biz yenə də,payızda darıxdırıcı qara ətəklərdən imtina etməyə çağırırıq. Rəngli qış dərisindən olan modellərə meyl edin. Orijinal ətəyi pastel tonda şuba,dəri furajka və sivri uclu ayaqqabılarla kombin edin. Neytral çalarlı qolfi/corab seçin.

Qara qələm ətək: parlaq çanta və dəri gödəkçə
Ağ klassik köynək,furnituralı dəri gödəkçə və dolğun çalarda çanta -qələm ətəklə bunları geyinmək lazımdır. Tərz bir obraz üçün rezinli və bölgələrdə rəngi sürtünmüş ətəklər seçin,istər dəri istərsə də cins model. İlıq dəstə iti uclu batilyon və ya son kolleksiyalardan olan massiv krossovka əlavə edin.

Cins ətək payızda: viktorian stildə şuba və bluz
Ombre rəngləməli uzun şuba,ağ vintaj bluz, tünd kolqotka və cins mini-ətək: gündəlik,isti və tərz obraz belə görünür. Bu dəst üçün metal düyməli və cibləri öndə olan model alın. Autfitin retro-əhvalını tamamlamaq üçün payız dəstinə parlaq zəncirli çanta və dairə uclu çəkmə əlavə edin.

Qırmızı ətək: pastel koynək və klassik palto
Qırmızı dəri ətək pastel klassik köynək və düz biçimli ,uzun,açıq çalarlı palto ilə obraz yaradacaq. Əlvan aşağı və açıq rəngli yuxarı tərz bir gündəlik autfit üçün əla fikirdir. Onunla həm işə,həm də,həftəsonu gəzməyə çıxa bilərsən. Ayaqqabı kimi matt dərili,rahat çəkmə seçin.

Uzun plisse ətək: kazak çəkmə və balonka
Plisse ətək yay autfitlərinə aiddir kimi düşünsək də,stritstayl qəhrəmanları əksini sübut edir. Qatlanmalı modeli soyuq havada belə geyinmək mümkündür. Nə ilə? Biz bilirik! Tünd rəngli uzun ətəyi matt kazak çəkmə,qəhvəyi çiyin çantası,qara və ya yaşıl balonka ilə ahəng edin. Mütləq isti kolqotka geyinin.