Axtarış

Geyimdə vizual effektlər və detallar korreksiya etdiyi kimi,görünüşü korlamağı da bacarır. Burada rəngin rolu az deyil.

Hamımız dəfələrlə eşitmişik ki,qara rəng bədən quruluşunu vizual olaraq incələşdirir,ağ isə dolğun edir. Bunun əslində belə olub-olmadığını anlamaq üçün rəngin fizikasını aydınlaşdıraq.

Vizual aldatma,rəngli əşya vasitəsi ilə işıq şüalarını udmaq və ya əks etdirmək kimi qabiliyyətlə bağlıdır. Ağ rəngli əşyalar,maksimum miqdarda müxtəlif tərəflərə yayılan işıq dalğası əks elətdirir. Nəticədə ağ və digər rəng arasında sərhəd yayınıqlaşır,ona görə də əşyalar olduğundan iri imiş kimi görünür.

Qara rəng işıq şüalarını udur,ona görə də onun sərhəd xətləri daha dəqiq nəzərə çarpır,nəticədə bu rəngdə əşya olduğundan kiçik görünür. Digər rənglər də bədən quruluşunu korreksiya etmək və ya kilo vermək kimi xususiyyətə malikdir. Bu effekti xeyrimizə işlətmək üçün,hansı qanun və prinsiplərə görə əslində olmayanı görürük? Aydınlaşdıraq.

Sarı,qırmızı,narıncı,öz qısa diapazonunda dalğaları əks etdirir,ona görə də,bu rənglərdə paltar geyinmiş qadın olduğundan daha dolu görünəcək.

Mavi-yaşıl,mavi,bənövşəyi,parlaqlığı zirvəsində maksimal parlaq isti rəglərdən daha tünddür,onlar ağ ilə ahəngdə,isti çalarlara nisbətən,daha az genişlənmə effekti verir. Bu o deməkdir ki,açıq mavi,açıq çəhrayıya nisbətən daha az kökəldəcək. Nəticə belədir ki, soyuq çalarlar istiyə nisbətən incəldir .

Eyni zamanda,diqqət tələb edən bir neçə nüans var,parça və biçimdən də çox şey asılıdır axı,həmçinin komplektdəki rəng proporsiyaları. Dolğun,ultraparlaq,neon rənglər sanki öz ətrafında işıq çöllüyü yaradır,məhz buna görə əlavə həcm illüziyası yaranır.

İstənilən parıltılı parçalar ( məxmər,atlaz,orqanza,zərli əlavələr) işığı üzdən əks edir və bunun hesabına iki sm həcm əlavə olunur. Burda artıq geyimin rəngi elə bir rol da oynamır. Parçanın fakturası iri olduqca (tvid,velvet,xəz,toxunma),siluet daha həcmli görsənir.

Dekorativ elementlər,qoyma ciblər,valanlar,drapirovka az olsa yaxşıdır. Bazaya istənilən növ işləmə həcm verir. Əgər dar çiyinləriniz və ya yetərincə həcmi olmayan budlarınız varsa,faydalanıb,dekor köməyi ilə bədən quruluşunu daha proporsional və ifadəli edə bilərsiniz.

Monoxrom yoxsa kolorblok? Bir rəngin şaquli uzanmağı silueti uzadır və incəldir,fərqli rənglər blokuna bölünmə isə,əksinə,genişləndirir. Amma bu o demək deyil ki, həmmişə bitonlu geyimlər geyinmək lazımdır. Əsas- vurğunu düzgün paylamaqdır. Rəng həm də simanızın görünüşündə önəmli rol oynayır. Üzünüzuə qızartı və ya səpkilər olduğu zaman makiyaj etmirsinizsə,qırmızı rəngli geyim ən xırda qüsuru belə üzə çıxaracaq.

Dəriniz etnik qrupunuza xarakterik rəngdən daha açıqdırsa,saç və qaşlarla kontrast minimaldırsa,kirli,toz çaiarları istifadə etməyi tövsiyyə etmirəm. Məsələn solğun,torpaq çalarlı yaşıl üzünüzü xəstə və bozarmış göstərəcək. Açıq pastel rənglər portret zonasında adətən üzü daha təravətli,dincəlmiş və gənc göstərir,tünd rənglər isə əksinl,qırışları və quruluğu qabardır.


Bütün bunlara baxmayaraq,mən əminəm ki,boyunuz,geyim ölçünüz,bədən quruluşu tipiniz necə olursa olsunmürlük imtina ediləcək bir rəng yoxdur. Sadəcə onu düzgün təqdim etməyi bacarmaq lazımdır.