Axtarış

Üz dərisinə qulluq vərdişə çevrilməlidir. Gedib diş fırçalamaq kimi. Vacib olan odur ki, bunu düzgün edəsən,yoxsa bütün səylər boşuna gedər. Biz,xanımların baxım və qulluq zamanı yol verdiyi səhvləri ekspertlərdən öyrəndik. Gözətrafı nahiyəyə krem və ya geli qalın təbəqədə çəkmək. Göz produktunun istifadəsi minimal,nazik qatlı olmalıdır. Orbital sümük boyunca çəkmək lazımdır,göyərənə kimi sürtmək olmaz. Qandaşıyıcı sistem dəriyə çox yaxındır,ona görə də bu nahiyədən bütün vacib qidalandırıcı maddələr ətrafa paylanacaq.

Fresh and lovely woman washing her face

Təcrübə etmək
Dərini hər gün aqressiv şəkildə təmizləmək
Məsələn,hər gün yuyunmadan sonra skrab,pilinq və ya təmizləyici maska istifadə etmək. Belə prosedurları gündəlik həyata keçirmək epidermal sərhədi dağıdır,hansı ki dərini xarici təsirlərdən qoruyur. Dərindən təmizlənməyə həftədə 1-2 dəfə müraciət etmək kifayətdir.

Makiyajı tonik ilə təmizləmək
Tonik və ya toner təmizlənmədən sonra çəkilir,o məsamələri yığır və dərinin pH balansını bərpa edir. Dekorativ kosmetikanı toniklə sildikdə,biz kiri həll edib məsamələrə sıxılmasını təmin edib ordaca qapadırıq. Bucür gündəlik eksperimentlər nəticəsində dəridə səpkilər və uqri əmələ gələ bilər. Tonik uzə qulluqda ikinci pillədir və yalnız təmizlənmədən sonra istifadə olunmalıdır,yəni,təmiz dəriyə çəkilməlidir.

Krem ilə serumu qarışdırıb üzə çəkmək

İş orasındadır ki,qulluq təbəqə ilə çəkilməlidir. Məsələn,serum dərinin daha dərin qatlarına keçir və orada işləyir,krem isə üzuə qalaraq xarici faktorlardan qoruyur. Yatmamışdan qabaq dərini dekorotiv kosmetikadan təmizləməmək Tonal krem,haylayter və ənlik gecə dəri yağı ilə qarışır və birlikdə tutulmuş məsamələr və iltihabi proseslərə gətirib çıxardır. Daha bir önəmli məsələ: yenilənmə prosessinin pozulması. Gecə dəri özünü bərpa edir və dincəlir,makiyaj təbəqəsi isə bunu etməyə maneə olur,nəticə isə yeni qırışlar və solğun üz rəngidir. Dərindən təsir edən məhsulların gündəlik istifadəsi Serumlar bu və ya digər problemi aradan götürmək üçün ildə bir neçə dəfə kurs şəklində istifadəsi gərəkən,təsirli,konsentrə olunmuş inqridiyentlər miksidir. Serum əldə etməzdən qabaq kosmetolhqla məsləhətləşmək yaxşı olardı. İndi bəzi istehsalçılar gündəlik istifadə üçün neytral tərkibli serumlar çıxarmağa başlayıb,belə halda məhsulu ilin 365 günü istifadə etmək olar. Əgər ki, istifadəyə göstəriş vərəqəsində kurs haqda danışılırsa,tövsiyyəyə əməl et.

Maskaları yazıldığından daha uzun müddət saxlamaq,həmçinin onlarla yatmaq və ya danışmaq

Hər maskanın öz təsir etmə periodu var: məsələn,gil maskaları 10-15 dəqiqəyə toksik maddələr və çirklənmələri çıxarır,vaxt 20 dəqiqəyə kimi uzandıqda isə,təmiz və açıq məsamələr yığılmış kiri geri çəkə bilər. Yarıkeçirici maskalar,məsələn,dəri ilə oksigen təmasını azaldır,bu da öz növbəsində vacib qidaladırıcı maddələrin “sorulması” üçün şərait yaradır,lakin,30 dəqiqədən sonra belə maska qıcıqlanma yarada bilər.



“İnstaqramda olduğu kimi” məhsulları, pipetka ilə dəriyə toxunduraraq üzə çəkmək

İş orasındadır ki, pipetka və dozatorlar məhz dəri ilə kontaktı minimuma endirmək üçün yaradılıb. Dəri mikrobiomu 3000-dən artıq bakteriya hesablayıb,onlar dərinin müdafiəedici pH balansını dəstəkləyir. Məhsul nəqədər az toxunarsa,bir o qədər uzun müddət qalıcılığı artar. Ən yaxşısı,məhsulu ələ töküb dəri səthinə paylamaqdır.

Baxımın qeyri-müntəzəmliyi

Hər gün səhər və axşam dərini təmizləyib,tonuslaşdırıb nəmləndirmək lazımdır. Bu vərdiş dərinin və hüceyrələrin uzun müddət cavan qalmağına kömək olacaq. İş burasındadır ki,kosmetoloqda bir neçə il cavanlaşıb rahatlaşaraq ,nəmləndirməni bir gecəlik belə unutmaq olmaz.