Axtarış

Klassik qara sürmə – makiyajın ən çətin ifa olunan elementlərindən biridir. Əlin bir səhv hərəkəti hər şeyi məhv edə bilər!

Hər bir xanım layneri özünəməxsus qaydada çəkir. Bəziləri xətti gözün iç ucundan başlayıb uzadır,digərləri mərkəzdən başlayır,ən bacarıqlı olanlar isə, bir hərəkət ilə ideal şəkildə çəkir. Biz layneri ideal şəkildə çəkməyin qaydalarını göstərəcəyik.


1. Makiyaj tətbiqindən qabaq üzü hazırlamağa ehtiyac var. Biz 31 çalarında Manly təbii işıltı effektli tonal krem istifadə edirik. Ardıyca layner altına baza hazırlayırıq: bütün hərəkətli göz qapağı boyunca açıq rəngli kölgə çəkirik.

2. Ən ciddi etapa keçirik. Gözün çöl küncünün kənarından qaş başlanğıcına parallel olan və onun ucuna yönələn dəqiq xətt çəkirik,biz bu zaman M.A.C qara matt layner istifadə etdik.


3. Layner xəttini çəkməyə davam edirik: göz qapağının kirpik kənarı ilə dəqiq xətt çəkirik.

4. İndi isə alınmış “üçbucaq”ın mərkəzindən gözün iç küncünə doğru xətt aparırıq. Bu yolla biz laynerin gözəl çəkilməyini asanlaşdırırıq.

5. Göz makiyajını bitirmək üçün boşluqları rəngləmək lazımdır. Dəqiq, qrafik və ən əsası- bir cür layner xətləri hazırdır.