Axtarış

İlin soyuq aylarında aktual olan sual: necə etmək olar ki,tonal kremin izləri papaqda,şarfda,kurtka və paltoda qalmasın? Biz vizajistlərlə danışıb onların qalıcı makiyajının sirrlərini öyrənməyi qərara aldıq. Bu aktual bir sualdır,əsasən də soyuq,papaq və şarfa büründüyümüz mövsümdə,sonradan onlarda tonal kremin izlərini tapırıq. Təəssüf ki, bu problemdən tam yaxa qurtarmaq mümkün deyil,belə ki,hələ dəridə qalıcı olub onu qurutmayan vasitə istehsal olunmayıb,lakin,izləri azaltmaq mümkündür.

Yüngül tonal krem seç,belə vasitədə iz qoya biləcək rəng piqmenti daha azdır. Qalıcı,üstündə longwear yazılmış tonlara üstünlük ver. Hə,bu kremlər daha qatıdır,amma ona əvəz demək olar ki,iz qoymur. Geyim ilə təmasda olan nahiyələrə kosmetikanı az çək. Tonal əvəzindən və ya üstündən kirşan istifadə et. Quru məhsul tonal kremi bərkidib,dəri səthinin yapışqanlığını azaldacaq. Çox quru dəri sahibələrinə,quruluğu artırmamaqdan ötrü, tonal əsasın üstündən kiçik miqdarda yüngül kirşan istifadə etməyi tövsiyyə edirəm.

Tonal əsasın qalıcılığını artırmaq üçün dərinin nəmlənməsinin qeydinə qalmaq vacibdir. Tonal istifadə etməzdən qabaq gel əsaslı baxım vasitələrindən istifadə edin. Bu vasitə növbəti makiyaj qatını “həll” etməyəcək. Tonal vasitəni çəkməzdən qabaq üz dərinə adi yumşaq salfet sıx,bu,dəri səthindən baxım vasitələri artıqlarını və serumu götürməyə köməkçi olar,hansı ki,tonal kremin qalıcılığını azalda bilər.

Nəmədavamlı tonal əsas seç,onu əllə massaj xətləri boyunca çək,fiksə olunmağını gözlə,bu halda krem dəriyə daha kip oturacaq. Həmçinin davamlı konsilerlərə üstünlük ver. Tonal vasitəni transparet kirşan ilə fiksə et,bir-iki dəqiqədən sonra kirşan qalıqlarını iri,həcmli fırça ilə uzaqlaşdır. Şəffav kirşan rəngsiz sərhəd yaradacaq,ona görə də,paltar rəngli ton “yığa” bilməyəcək. Tonun maksimum müddət qala bilməsi üçün üç qaydaya riayyət etmək lazımdır. Birincisi,əlbəttə ki,praymerlər çəkmək. O dəri teksturasını hamarlaşdırır və ton üzə hamar şəkildə oturur. Həmçinin,bu vasitə makiyajın ömrünü uzatmağı ilə yanaşı paltarlarda iz saxlamır. Növbəti mühüm etap tonu necə tətbiq etməkdir. Hansı tonal kremdən istifadə etməyin önəmli deyil,əsas olan onu nazik lay ilə çəkməkdir. Tonal nə qədər az olarsa,makiyaj bir oqədər uzunmüddətli qalacaq. Üstəgəl də,bir neçə məhsulu miks etmək olar,məsələn,tonal+serum,və ya,tonal+krem. Bu miksdən gözəl effekt alınır,həm də paltarda iz qalmır.

Üçüncü qayda: fiksəedici spreydən istifadə etmək. O makiyajı qapadacaq və geyimdə izin qalmağına imkan verməyəcək.