Axtarış

Əlbəttə ki, bu dəbli xanımlar tarixdə kifayət qədər iz qoyub,buna baxmayaraq,eyni zamanda dəb tarixinə düşüblər: onların hər birinin şərəfinə sözükeçən dəb ocaqlarının yaddaqalan çanta modeli adlandırılmışdır.

Biz 12 ulduz adı daşıyan,dünyanın ən arzuolunan çantalarını topladıq!

Ceyn Birkin – Hermesdən Birkin

Çantalar sırasında ən vacib it-bag, həmçinin istənilən dəbli xanımın must-have çantası. Bu çantanı ən “pop çanta” adlandırmışlar və ona olan tələbat enməmişdir. Əksinə tələbat həndəsi proqress ilə artmaqdadır. Əfsanəyə istinadən, çanta deməkolar ki,təsadüf nəticəsində yaranıb: uçuş zamanı Birkin Hermes evin direktoru ilə tanış olur,və qadın çantalarının rahatlıqdan kəm olmağından şikayət edir. Üç il ötdükdən sonra Ceynə ilk Birkin göndərilir,hansı ki,ani olaraq dəbli xitə çevrildi.

Jaklin Kennedi – Jackie ,Gucci

Əslində,bu çanta heç də 20-ci əsrin stil ikonunun şərəfinə adlandırılmamışdır,lakin,məhz Ceki sayəsində model populyarlıq zirvəsinə çatdı ( birinci xanımın geyindiyi hər bir şey kimi),ona görə Gucci Evi bu aksessuarın adını Kennedinin şərəfinə dəyişdirməyi qərar verdi.

Monika Belluci – Monica, Dolce & Gabbana

Domeniko Dolçe və Stefano Qabbananın Köhnə rəfiqəsi Monikaya olan sevgisi sərhəd tanımır: 2013-cü ildə dizaynerlərin ilham pərisinə olan vurğunluğu,brendin yeni it-bag modelində əks olundu,təbii ki,Monica adlandırılmışdır.

Lana Dey Rey – Del Rey, Mulberry

Dəb evləri təkcə Qızıl Hollivudun ulduzlarına çanta həsr eləmir, Mulberry brendinin kreativ direktoru Emma Hill,lakonik və eleqant, müğənni Lana Del Rey adını daşıyan it-bag modelini təqdim etdi.

Aleksa Çanq – Alexa,Mulberry

2010-cu ildə daha bir önəmli Mulberry çantası işıq üzü gördü. Onun adı britaniyalı it-girl ,fəxrlə müasir stil ikonasının adını daşıyan Aleksa Çanqa həsr olunub. Alexa çantası qısa zamanda ağlasığmaz populyarlıq əldə etdi,buna görə öz universallığına və rahatlığına borcludur.

Bricit Bardo – BB,Lancel

Parisin məhşur dəb evi olan Lancelin ən tanınan çantası Bardoya həsr olunmuş BB modelidir. Bu it-bag, məhşur təbiət müdafiəçisi Bardonun əminlərinə hörmət olaraq,dəri variantında heç vaxt istehsal edilməyib.

Amal Kluni – Amal,Ballin

Amal uğurlu vəkil və Corc Kluninin həyat yoldaşı,təkcə uğurlu evliliyi hesabına deyil,həm də,qeyri-adi,maraqlı tərzinə görə ictimai xronikanın seçilmiş qadını hesab olunur. Əlbəttə,yeni dəbli xanım yerindəcə dəb evlərinin etirafını almışdır: Ballin italyan brendi öz it-bag modellərindən birinin adını ona aşiq olan Amalın şərəfinə dəyişdirmişdir.

Jizel Bundhen – Gisele, Luella

Luella markası müflis olma üzrəykən,2000-ci illərin supermodeli şərəfinə adlandırılan,Gisele çantasını çıxarmağı qərar aldı. Təqdimetmədən sonra,brendin satışında sıçrayış müşahidə olundu. Buna baxmayaraq,uğur çox yubanmadı,dəb evi də bağlanmaq məcburiyyətində qaldı.



Qreys Kelli – Kelly,Hermes

Daha bir sözünü demiş Hermes çantasının adı, Monako şahzadəsi,kino ulduzu Qreys Kellinin şərəfinə qoyulub. Bu çanta Qreys doğulmamışdan illər öncə ( 1837-ci il) yaransa da,1956-cı ildə ad almışdır. Şahzadənin çantaya bağlılığı,hər yerə bu çanta ilə getməyi və çantanın köməyi ilə hamiləliyini gizlətməyi buna səbəb olmuşdur.

Diana Krüger – Diane, Jason Wu

Diana – müasir dövrün dəyərli tərz ikonalarından biri,bir çox məhşur dizaynerlər ilə dosddur. Bu dostlardan biri olan Ceyson Vu,bu xanımın tərzinə dəfələrlə ictimayi miqyasda komplimentlər etmişdir. 2014-cü ildə isə,yeni it-bag modelini anons etdi,bu çantanın adı Diane idi.

Cessika Stem – Stam,Marc Jacobs

Supermodel Cessika Stem bir çox dizaynerlərlə yaxşı münasibətdədir,əsasən də Mark Ceykobsla. Markın demək olar ki,heç bir nümayişi Cessikanın iştirakı olmadan keçmir. Modelyer,portfoliosunun heç bir gözəl çantaya yerləşməməyindən şikayət edən rəfiqəsinin qeydinə qalmağı qərara alaraq,modelin şərəfinə adlandırılan,tərz,eyni zamanda rahat it-bag modelini yaratdı. 2013-cü ildə Ceykobs,Stam modelinin köhnəldiyini hesab edərək onun istehsalını dayandırmışdır. Buna görə də,bu çantaya indiki zamanda sahib olmaq asan deyil.

Sofi Loren – Sophia,Salvatore Ferragamo

Əlbəttə ki, 20-ci əsrlərin seks-simvolu dəbdə ölümsüzləşdirilməyə biməzdi: Salvatore Ferragamo Evi Lorenə olan sevgisini etiraf etdi,və buna sübüt olaraq,brendin önəmli məhsullarından birinə çevrilən Sophia çantasını yaratdı. Bu it-bag modeli,bu günə kimi populyarlığını saxlayır. Ulduzlarla yanaşı “sıravi” dəbli xanımlar da,onu eleqantlığı və rahatlığına görə dəyərləndirir.