Axtarış

Siqareti at. Yox,ciddən. Bu ziyanlı olduğu qədər təhlükəli vərdişdir,həm sağlamlıq,həm də gözəllik üçün. Əgər ki, hər hansı bir səbəbdən ötrü bu məhvedici aludəçiliyə əlvida deyə bilmirsənsə,heçolmazsa dərinə qulluq elə. Hamı bilir ki,çəkmək ziyandır,buna baxmayaraq siqaretə aludə olanlar az deyil. Bu ziyanlı vərdişin qadınlar arasında olan populyarlığı kişilərdən heç də geri qalmır. Ağız qoxusu və sarı barmaqlar… Bunlar,siqaretin dərində qoyacağı iz ilə müqayisədə xırda bir şeydir. Mərhələlərə keçək. Siqaret çəkmək qanda olan oksigenin miqdarını endirir və bu da hüceyrələrin məhvini təmin edir. Oksigenin azlığı dərinin qidalı maddələrlə kifayətlənməsi qanunauyğunluğunu pozur,ona görə də dəri rəngsizləşir,bozarır,zamanla da saralır. Hüceyrə regenerasiyası ləngiyir,bu da vaxtından qabaq qocalmaya gətirib çıxardır. Siqaret tüstüsündən ayrılan azad radikallar hüceyrə məhvinə,kollagenin və elastinin bölünməsinə gətirib çıxardır.

Dəri teksturası pisləşir.

İstənilən dəri zədələnmələr (cızıq,akne izləri) gec sağalır. Siqaret çəkdiyin təqdirdə,dərinə necə kömək etməli? Əlbəttə ki,ən böyük kömək nikotindən imtina olardı. Siqaretin ziyanını necə isə minimumlaşdırmaq üçün gündəlik etdiyin byuti əməllərdə dəyişiklik etmək lazımdır. Müntəzəm təmizləmə Siqaret çəkənlərin dərisinə bir neçə dəfə çox çirklənmə oturduğundan,təmizlənməyə xüsusi diqqət yetirmək lazımdır. Dəri tipinə uyğun vasitələr seç və unutma ki,gündə iki dəfə üz yumaq mütləqdir.

Gözətrafı dəriyə qulluq

Çəkənlərin tüstünü içinə çəkdiyi momentdə gözlərini qıymaq kimi bir vərdişi var. Bu gözətrafı nahiyədə vaxtından qabaq qırışlınmaya gətirib çıxarır. Nazik və quru gözətrafı dərisini vitamin və antioksidantlı vasitələr ilə bərkid. Dodaqətrafı dəriyə qulluq. Kosmetoloqların hətta belə bir termini var “siqaret qırışları”. Onlar çəkmə nəticəsində dəqiq konturu itirən üst dodağın ətrafında əmələ gəlir. Ona görə ki, nikotin dozasını və toksik maddələri ilk olaraq dodaqlar özünə hopdurur. Siqareti atmaq hələ alınmırsa, dodaqlara antioksidantlı vasitələr çək: C vitaminli,üzüm,yaşıl çay qara qarağat ekstraktlı.

Üz dərisini nəmləndir

Acımasız siqaret aludəçisinin dərisini tonusun və parlaqlığın yoxluğundan təyin edə bilərsən. Qeyri-sağlam bozarmış üz çaları və genişlənmiş məsamələr onların dərisinə aiddir. Müntəzəm olaraq oksigen aclığı çəkən dəridən başqa nə gözləmək olar ki? Nəticədə qan dövranı pozulur, quruluq və qidalandırıcı maddələr çatışmazlığı əmələ gəlir. Ziyanı az da olsa neytrallaşdırmaq üçün sənə nəmləndirici,oksidantlı və bərpaedici təsirli krem lazımdır. Kremin tərkibində vitamin C,E, yağ və bitki ekstraktı,hialuron turşusu kimi hidrofiksator və qliserin tərkibli maddələr axtar.