Axtarış

Son illərdə gözəllik vasitələri superqabiliyyət əldə edib. Saç ampulaların kəşvi,salon baxımını ev şəraitində əlçatan etdi. Niyə ampulalar belə populyardır və onların istifadəsindən hansı effekti gözləmək olar?

Saç ampulaları zədələnmiş tüklərə və problemli dəriyə terapevtik təsir göstərir. Onlar artıq yağlanma ilə yanaşı,quruluğa da qalib gəlməyə kömək edir,saçları bərpa edir və uzanmanı sürətləndirir. Ampula kursunu bitirdikdən sonra, saçlarınız həcmə,parlaqlığa və yumşaqlığa qovuşacaq,saçqıranları isə sadəcə unudacaqsınız. Vasitənin tərkibində vitaminlər,minerallar,meyvə turşuları,proteinlər, bitki ekstraktları var .

Saç ampulaları necə istifadə edilməlidir Preparatı aptekdən və ya saç ustaları üçün professional kosmetika mağazasından əldə etmək yaxşı olar. Məlum,bir ampulanı uzun saçlara bir dəfə istifadə etmək olar. Qısa saçlara bir flakonu iki dəfə istifadə etmək olar. İstifadədən qabaq ampulanı açıb içində olan maddəni saçlara çəkmək lazımdır,saçlar təmiz və nəm olmalıdır. Vasitənin faydalı maddələrini saç köklərinə yeritmək üçün saç diblərinə də çəkib massaj etmək heç də pis olmaz. Hamam papağını qoyun,10-15 dəqiqədən sonra vasitəni yumaq olar.

Ən yaxşı saç ampulaların reytinqi Ampulada saç vitaminləri geniş təsiretmə spektrinə malikdir. Onlar tökülmə,zəyifləmə,zədələnmə kimi problemləri həll etməyə kömək edir. Yağlı baş dərisi,quruluq,saçqıranlı ucları bərpa edir. Ampul kosmetik vasitələrin üstünlüyü aktiv maddələrin yüksək konsentrasiyasıdır. Onlar birbaşa saç strukturuna keçir və öz bərpaetmə vəzifəsini yerinə yetirir. Nəticə ilk istifadədən sonra nəzərə çarpır. Buna baxmayaraq,professionallar müalicə kursu keçirməyi tövsiyyə edir. Effektivliyini sübüt etmiş 5 ən yaxşı saç ampulunun reytinqini hazırlamışıq.


L’Oreal Professionnel Aminexil Advanced Scalp

Bu saç ampulası haqda rəylərdə bildirilir ki,vasitə saçın vəziyyətini 5 parametrə əsasən kompleks şəkildə yaxşılaşdırır. Tökülməni dayandırır,qalınlaşdırır,həcm verir,uzadır,kökləri möhkəmlədir,saça hamarlıq və elastiklik verir. Vasitənin tərkibində amineksil aktiv maddə var. O,qan dövranını yaxşılaşdırır,bu da köklərin bərkiməsinə və sürətli uzanmaya səbəb olur. Amineksil tərkibli kosmetikanı trixoloqların məsləhət rməsi preparata inam yaradır.

Vichy Dercos Aminexil 5

Aptek brendi olan Vichy ampulalarını həm alıcılar,həm də,həkimlər tərifləyir. Preparatın tərkibi saç uzanma fazasını uzadan və baş dərisində qan sirkulyasiyasını gücləndirən monoksilod və SP94 molekulları ilə zəngindir. Arginin qidalı komponentləri tük boyu paylamağa kömək edir. Vasitəni tətbiq etmə nəticəsində,köklər dəridə yerini bərkidir və tökülmə ləngiyir. Kurs 8 həftədən 4 aya kimi keçirilə bilər.

Kapous Professional Treatment Active Plus

Kapous markası tökülmə əleyhinə ampulalar buraxdı,və bu ampulalar qısa zamanda istifadəçilərin simpatiyasını qazandı. Kiçik flakonlarda qidalandırıcı lasyon saç itkisinin qarşısını alır,saç follikullarının fəaliyyətini stimullaşdırır. Vasitə xmel qozaların ekstraktını,patentol və B5 provitamini özündə cəmləyib. Bu komponentlər baş dərisinə oksigen və qidalı maddələrin axını üçün şərait yaradır. Treatment Active plus maksimum qısa müddətdə saç tökülmə problemini həll etməyi vəd edir.

Sıxlıq və gurluq aktivatoru Kerastase Densifique

Bu saç uzadan ampula istifadəsi,3 ay ərzində saçları sıxlaşdırmağa,və qalınlaşdırmağa kömək edir. Müalicəvi kompleksdə saç follikulunun yaşam tsiklinə təsir edərək,yuxu fazasını qısaldıb,uzanma fazasını aktivləşdirən STEMOXYDİNE və teksturlaşdırıcı polimer var. Vasitəni yumağa ehtiyac yoxdur,bu da istifadəni xeyli rahatlaşdırır.

Redken Cerafill Maximize Aminexil

Professional brend olan Redkendən saç uzadan ampulalar, amineksil tərkibli qidalı serum,omeqa-6 və arqinin tərkiblidir. Onlar qalınlığa və sıxlığa cavabdehdir. Vasitə hətta,ən acınacaqlı halın belə öhtəsindən gəlir. Onu yumaq lazım gəlmir. İstifadədən sonra dərhal ukladkaya keçmək olar. İstehsalçı kursu 6-8 həftə,gündə 1 ampula miqdarında keçirməyi məsləhət görür.