Axtarış

Yayı (yerigəlmişkən, yazı da həmçinin) harmonik olaraq qarderobunun həm işgüzar hissəsinə həm də qeyri-formal bölümünə uyğunlaşacaq tərz bir ətəksiz təsəvvür etmək mümkün deyil.

Leopard printi Leopard bu mövsümün mübahisəsiz bir xitinə çevrilib. Biz bu printli ətəklərə diqqət yetirmənizi məsləhət görürük.

Tvid. Bu ətək Koko Şanelin bütün dəbli xanımlara eleqant tvid kostyumlar geyindirməyi sayəsində,çoxdan dəbli klassikaya çevrilib. Yerigəlmişkən,belə kostyum da əla investisiyadır,onun köməyi ilə sən daha çox dəbli payız-qış obrazları yığa bilərsən.

Kətan tərz. Bu daha bir dəbdən düşməyən trenddir. Donlarla komdin etməkən doymuş olsaq və göstərişlərə ehtiyac olmadığını düşünsək belə,bu stilistikadan olan ətəklər barəsində hər şey aydın deyil.

Trikotaj. İnan ki,trikotaj ətək almağına dəyər,və sən sözün əsl mənasında onu əynindən çıxara bilməyəcəksən (dediyimin kilo alıb-verməklə əlaqəsi yoxdur). O rahat və isti olmağı ilə yanaşı,tamamıyla universaldır. Bu ətəyi həm işgüzar görüşə,həm də dostlarınla şam yeməyinə dəvət edə bilərsən.

Damalı print. Daha bir mövsüm xiti,bütün mümkün olan variantlarda. Üst-üstə sarınmış asimmetrik variantlarla yanaşı,dizdən aşağı uzunluqda damalı ətəklər də aktualdır.

Sənə sadəcə rəng barəsində qərara gəlmək qalır. Əlvan palitra tərəfdarısansa,onu neytral əşyalarla tamamla,məsələn,boz sviter və ya tişört. Əgər ki,neytral qamma daha çox ürəyinə yatırsa, vurğunu aksessuarlarda göstər,iri olmayan çanta və qeyri-adi dabanları olan batilyon kimi.