Axtarış

Parlaq uzun saçlara sahiblənmək,saç tökülməsinin qarşısını almaq və ya tük soğanaqlarını möhkəmləndirmək üçün bol xərcə düşmək lazım deyil. Effektiv maskaları özün evdə hazırlaya bilərsən. Saç maskaları balzam və kondisionerlə müqayisədə saçlara daha intensiv təsir göstərir. Tərkibində olan müalicəvi komponentlərin yüksək konsentrasiyası hesabına,maskalar şəfalı xüsusiyyətinə görə üstün sayılır. Adətən maska 10 dəqiqə və ya daha çox saxlanılır,bu müddət ərzində dəriyə hopub,soğanaqları “yedizdirir”. Vanna otaqının rəfləri professional vasitələrlə dolub daşsa belə, qəpik-quruş qiymətinə başa gələn və saçlara sözsüz ki, müsbət təsir göstərəcək ev reseptlərinə nəzər salmağı tövsiyyə edirik.


Nəsildən-nəsilə ötürülən ev maskaları zamanla daha çox təriflənir,və bu təsadüfi deyil: tərkibdə olan təbii komponentlər bütün dovrlərdə dəyərli hesab olunub.
Saç uzadan acı bibər maskası
Qırmızı acı bibərin kimyəvi tərkibi saç uzanmasını aktivləşdirir,tökülmənin qarşısını alır,belə ki,birbaşa qan dövranı sisteminə,dərialtı mikrosirkulyasiyaya və saç follikullarına təsir edir. Maskalarda pul bibərin özünü və ya onun spirtli cövhərini istifadə edə bilərsiniz. İkinci variant qarışıq hazırlamaq üçün daha əlverişlidir. Bibərli maskanın selikli qişa ilə təmasına yol vermə, möhkəm yandırarsa,həmən su ilə yu. Sənə 1 x/q acı bibər cövhəri,1 damcı zeytun yağı,yumurta sarısı lazım olacaq. Çiy sarını ağdan ayır, 1 x/q bibər cövhərini əiavə et, yaxşıca qarışdır. Qarışımı quru saç diblərinə çək,massaj et. 20-30 dəqiqə hamam papağı altında saxla,yu,sonda baş dərinə zeytun yağı çək. Yağ 15 dəqiqə qaldıqdan sonra başı ilıq su və şampun ilə yu. Həftədə 1-2 dəfə olmaqla,1 ay ərzində tətbiq et. Saçları gurlaşdırıb uzadan maska Yağ əsaslı maskalar,saçları qidalandıran vazkeçilməz yağ turşuları və faydalı mikroelementlərlə zəngindir. Az miqdarda tətbiq etməklə səhərə kimi də saxlamaq olar. Ekspress metod isə yumadan öncə istifadə üçün optimaldır. Sənə 1 ç/q xalis kokos yağı,1 ç/q zeytun yağı və 1 ç/q ayıpəncəsi yağı lazım olacaq. 3 növ yağı qarışdırıb quru saç diblərinə yay,qarışığı yaxşıca baş dərisinə yerit. Xüsusi papaq və ya maska taxıb üstündən dəsmal bük. 30-40 dəqiqə saxladıqdan sonra 2 dəfə şampunlamaq lazımdır ki,yağlılıq effekti qalmasın. Həftədə 1 dəfə istəfadə etmək kifayətdir.

Saçları uzadan gənəgərçək yağlı maska.
1 şüşə gənəgərçək yağının qiyməti çox ucuzdur,faydası isə professional vasitələrdən dəfələrlə çoxdur. Onun sirri 90% risinolein turşusundadır,bu komponent saçları daxilindən xaricinədək intensiv bərpa edir. Gənəgərçək yağı maskasının asan yuyulması üçün tərkibinə yumurta sarısı əlavə edin. 1 ç/q gənəgərçək yağı ilə 1 ədəd çiy yumurta sarısını qarışdır,bircins kütlə alınsın. Quru saç köklərinə massaj hərəkəti ilə tətbiq et. 30-40 dəqiqə papaq və dəsmal altında saxlayıb ilıq su və şampun ilə yu. Həftədə 1-2 dəfə istifadə etmək olar.


Saçları uzadan maya və xardallı maska.
Saçların uzanmağını aktivləşdirən,onları gücləndirən daha bir ümumgüclü maska. Mayalı və xardallı maska ayrı ayrılıqda da möhtəşəmdir,lakin,bu inqridiyentlərin qarışımından unikal vasitə əmələ gəlir,hansı ki,saçlara nəzərəşarpan qalınlıq və elastiklik verir. Ev şəraitində hazırlanması mümkün olan ən effektiv saç uzadan maskalardan biri. 1 x/q quru mayanı bir qədər ilıq suda islad. 1 ç/q şəkər və 1 ç/q quru xardal tozu əlavə et,yaxşı-yaxşı qarışdır. Baş dərinə çək və selikli qişalara düşməyinə yol vermə. Maskanı 30-40 dəqiqə hamam papağı və dəsmal altında saxla. Önəmlidir: suyun hərarəti 40 dərəcədən yüksək olmamalıdır,əks halda xardal toksik maddələr ifraz etməyə başlayacaq. Həftədə 1-2 dəfədən artıq istifadə etmək olmaz,maska tərkibindəki xardal hesabına kifayət qədər aqressivdir.

Yumurta və ballı maska
Saçları uzatmaq üçün qədim zamanlardan,bal və yumurta şəfalı maska üçün ən təsirli inqridiyentlərdən hesab olunub. Bal bir çox əvəzolunmaz bioloji aktiv maddələrlə zəngindir,onun tərkibi qan plazması ilə oxşardır,yumurta sarısı isə vitamin və mikroelement deposudur. Bal və yumurta tərkibli saç maskası saçları qidalandırır,onlara nəzərəçarpan işıltı və yumşaqlıq bəxş edir. Yumurta sarısını 2 qaşıq bal ilə qarışdır,saç diblərinə yerit. 20-30 dəqiqə hamam papağı altında saxladıqdan sonra ilıq su və şampun ilə yu. Həftədə bir dəfə istifadə etmək kifayətdir.


Saç uzadan soğan maskası
Soğan maskası saç follikullarını stimullaşdırır,saç uzanma prosesini işə salır. Soğan şirəsində kollagen ifrazı üçün mühüm olan maddələr yüksək faiz ilə balanslaşıb. 3 orta ölçülü baş soğan götür,qabıqdan təmizlə,doğra və sıyıq halı alana kimi blenderdə xırdala. Soğan qoxusunu azaltmaqdan ötrü 1 ç/q limon şirəsi əlavə et. Alınmış qarışığı saç köklərinə yerit,30 dəqiqə papaq altında saxla. Qoxunu yox etmək üçün soyuq su ilə yu. Sürətlə nəticəyə çatmaq üçün gündə 2 dəfə ( səhər və axşam), həftədə 5 dəfə istifadə etmək olar.

Saç uzadan ayıpəncəsi maskası
Ayıpəncəsi yağı saç tökülməsinə qarşı güclü müdafiəçidir və onların
sürətli uzanmağını aktivləşdirən maddədir. Ayıpəncəsi saç follikullarının həyat fəaliyyəti üçün əvəzolunmaz olan bol miqdarda E,C vitaminləri ilə zəngindir. Su vannasında 2 x/q ayıpəncəsi yağı isidin. Darağın köməyi ilə saç boyu yay. Hamam papağı və dəsmal altında 30-40 dəqiqə dinləndir. İlıq su və şampun ilə yu. Həftədə 2-3 dəfə istifadə qtmək olar.


Saç uzadan dimeksid tərkibli maska
Dimeksid – bahalı olmayan aptek vasitəsidir,toxumaların sağalmasını sürətləndirmək üçün istifadə olunur. Dəri örtüyünü qidalandırır,saç soğanaqlarını vitaminlərlə təmin edir,qan sirkulyasiyasını gücləndirir. Dimeksidi mütləq su ilə qarışdır ki,konsistensiyası 10% -ə qədər ensin. 1 ç/q dimeksid ilə 2 ç/q kokos yağını,1 ç/q limon şirəsi və 1 orta ölçülü baş soğanın şirəsi ilə qarışdır. Quru,təmiz saç diblərinə çək və 30 dəqiqə saxla. Maskanı əlcəklə çəkmək daha yaxşı olardı,möhkəm yandırma halı olduqda vvxt itirmədən su ilə yuyun. İlıq su ilə,şampunsuz yumaq lazımdır. Yatmamışdan yabaq tətbiq etmək məsləhətdir. Həftədə 1 dəfə istifadə etmək məsləhətdir.

Saç uzadan vitaminli maska
A və E vitaminləri baş dərisi örtüyünün regenerasiyasında önəmli rol oynayır,saç uzanmağını təmin edir və tökülmənin qarşısını alır. Daxili möhkəmlətmə və gözəl görünüş üçün sənə aptekdən A vitamini ( retinola asetat) və sulu E vitamini ( takoferol məhlulu) lazım olacaq. 1 ç/q sulu A və 1 ç/q E vitaminlərini qadışdır,saçda 30 dəqiqə saxla. Şampun və ilıq su ilə yu ki, yağlılıq effekti qalmasın. Həftədə 1-2 dəfə istifadə etmək olar.