Axtarış

Payızın ən çılğın vaxtıdır! Bitmiş yay mövsümündən sonra obrazı təravətləndirib,saçları canlandırmaq zamanıdır,qış bayramlarına da bir şey qalmayıb. Bu materyalda 2020-ci ilin yaz-yay mövsümünün ən aktual trendlərindən danışırıq. Asimmetrik bob,Klassik bob təslim olmur,lakin,eyni zamanda onu asimmetrik və bəzi bölgələrdə uzanmış Layza Minnelli tərzli bob əvəz edir. Saç düzümünün uzun müddət həcmli qalması üçün onları başıaşağı əyilib,köklərdən qurutmaq lazımdır. Həcmi saç lakı ilə fiksə edib braşinq köməyi ilə qurudun.

Uzadılmış kare
Üz cizgilərini yumşaltmaq istəyənlər üçün əla seçimdir: saçlar körpücük sümüyü hüdudunda olmalı, boyun nahiyəsini tam örtməlidir. Belə saç düzümü xüsusi manipulyasiyalar tələb etmir, nəm saçları fən ilə qurutmaq kifayət edir. Baş akssessuarları ilə gözəl ahəngdə olur,əsasən də beret və kepkalar ilə.

İkihüdudlu kare ( qısaldılmış kaskad)
Nazik və qeyri-sıx saçlar üçün düzgün seçimdir. Bu nəticə etibarı ilə,uzadılmış ön və nisbətən qısaldılmış arxası olan adi karedir. Bu tip kəsilmiş saçlar əlavə vizual həcm yaradır. Bu kəsimi stayler ilə səliqəyə salmaq,həmçinin ,yüngül buruqlarla dalğalandırmaq olar.

Dalğalı kare
Dalğalı kare yaratmaq üçün saçları ployka vasitəsi ilə köklərdən uclara doğru istiqamətdə zəif burmaq lazımdır. Buruqlar kip olmamalıdır: önəmli məqam ,dağınıqlığı qoruyub saxlamaqdır,sanki,səhər daranmağı unutmusunuz kimi.