Axtarış

Müxtəlif ölkə qadınlarına xas tərzin özəlliklərini öyrənib,onların dəblə bağlı seçimlərinin təffərrüatlı siyahısını tərtib etdik. Fransız xanımları necə bəzənməyi sevir, italyan xanımı nəyi özünə yaraşdırmır və s. barədə bizim materialda oxuyun. Müasir dəbdə stereotiplər üstünlük təşkil edir. Məsələn , alman xanımlarının kobud tərzli olduğunu və daha çox ,ciddi üçlük kostyuma üstünlük verdiklərini düşünməyə öyrəşmişik ,eləcə də fransız xanımların beretsiz bir gün belə qala bilmədiyini,italyanlar isə demək olar ki,butiklərdə yaşadığını, ən populyar brendlərdən geyindiyinib nümayiş etdiyini və s. Halbuki, bu ideyaların reallığa aidiyyatı yoxdur. Gəlin baxaq: dünyanın dörd bir yanından olan müasir dəbli xanımların tərzi nə ilə bir-birindən fərqlənir və nə onlar üçün qarderobda yolverilməzdir.


Fransız xanım
Əlbəttə, onlar hər zaman olduğu kimi ,inanılmaz dərəcədə qadınsayağıdır ,obrazını qırmızı dodaq boyası və parfüm ilə tamamlamağı unutmur,lakin, alışdığımız paris şıklığı daha cəsarətli görkəm alıb. Fransız xanımları klüot, qeyri -simmetrik biçim, və çətin aksent sevir. Həmçinin,onlar təbiilik tərəfdarıdır: büstqalter əvəzinə dantel bra, yüngülvari “səliqəsiz” saç düzümü və minimum makiyaj. Bütün bunlar fransız xanımının yeni vizit kartıdır. Siz heç vaxt parisli bir xanımın qarderobunda gözəgirən və əlvan loqotipə,animasiya tipli printlərə və ağır lüksa rast gələ bilməzsiniz.



Alman xanımlar

Bir şeyi dəqiq söyləmək olar: alman xanımları öz qarderobunu “maksimum komfort” prinsipi ilə qurur. Narahat ayaqqabılara “yox”. Trenddə dikdaban olsa,o mütləq dayanıqlı və məhdud hündürlüklü olmalıdır. Cins şalvar geyinmək üçün fürsət olarsa ,onu əlvan jaket ( məsələn, vinil tərkibli ) ilə kombin edib geyinməyi seçərlər,nəyinki hər dəfə donun ətəyini düzəldərək ayaqlarının gözəl duruşu barədə narahat olmağı. Almaniyaya gedib yerli görkəm almaq istəyirsinizsə, dəbli kombinezon və ya parka,ked və ya rahat lofer geyin.


İtalyan xanımları


“İtalyan gözəli” deyən kimi təsəvvürümüz dərhal rəngarəng və effektli qadınların rəsmini çəkir. İtalyan qadın cazibədar görünməyi sevir,eyni zamanda buna epataj və vulqarlıqdan uzaq şəkildə əməl edir. Dikdabanlar,rəngarəng ,əlvan printlər və düzgün vurğu. İtalyan xanımı ayaqlarını göstərərsə,nə olursa olsun, onun dekoltesini görməyəcəksiniz.


İngilis xanımları

Onlar fakturaları qarışdırıb kombin etməyi yaxşı bilir, tərzlərlə eksperiment etməkdən çəkinmir və əlvan aksent əlavə etməyi sevir,məsələn,plaşlarda xəzli manjetləri dəbə qaytarmaq və ya ofis dress-kodunu əlvan rəngli kolqotka ilə əvəz etmək və s. İngilis qadını hər zaman dəbdən bir addım irəlidədir və tendensiyaları vecinə almır,çünki,bütün isti yeniliklərin vətəni elə Londondur.


Rus xanımları

Rus qadını bütün dünyada məftunedici gözəlliyi ilə tanınır. Bunun ilk səbəbi əlbəttə ki, etnik müxtəliflikdir. İkincisi isə rus qadınları cəlbedici görünməyi sevir və xarici görünüşünə xeyli vaxt ayırır. Bu ölkədə ,hava hərarəti sıfırdan xeyli aşağı olduğu zaman, eleqant geyinib,hündür daban ayaqqabıda gedən xanımla rastlaşmaq adi haldır. Həmçinin ,son zamanlar iri şəhər sakinləri daha çox rahat geyimə üstünlük verir. Buna baxmayaraq ,dəblə ayaqlaşan rus xanımları stili və qadınsayağı olmağı unutmur.


Bir cavab yazın